Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı (WB) arasında davam edən layihələrin cari statusu müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Taleh Kazımov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı 2025-2029-cu illəri əhatə edən Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin əsas istiqamətləri, davam edən layihələrin cari statusu və perspektivdə olan təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.