Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilir, İlham Əliyev və Ərdoğan tədbirdə iştirak edirlər


Bu dəqiqələrdə Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilir. SİA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.

Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.

Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.

Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış etdi.

Əlaqəli Xəbərlər