Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 3 %-dən çox artıb


Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsinin dəyəri 562 milyon manat təşkil edib. Bu barədə SİA-ya Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur.

5 ay ərzində muxtar respublikanın ticarət şəbəkəsində 290 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 272 milyon qeyri-qida məhsulları satılıb.

Əlaqəli Xəbərlər