Şəhid övladları üçün ödənişsiz ingilis dili kursu təşkil edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Oxbridge Academy” ilə birgə əməkdaşlığı çərçivəsində Vətən müharibəsi şəhidlərinin övladları üçün ingilis dili kurslarına başlanılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, xüsusi proqram əsasında hazırlanan və ödənişsiz həyata keçirilən kursun məqsədi şəhidlərin ailə üzvlərinə sosial dəstəyin gücləndirilməsi və onların təhsil imkanlarının artırılmasıdır.

Davamlı təşkil olunması nəzərdə tutulan kursa ilkin mərhələdə 13 şəhid övladı cəlb olunub. Tədris müddətində müasir tədris metodları və innovativ yanaşmaların tətbiq edilməsi iştirakçıların ingilis dili bacarıqlarının effektiv şəkildə inkişafına imkan yaradır.

İştirakçıların rahatlığını nəzərə alaraq dərslər həm əyani, həm də onlayn formada aparılır.

Əlaqəli Xəbərlər