Şimali Koreya Çinə doğru 10-dan çox raket atıb…




Raketlər paytaxt Pxenyan yaxınlığındakı Sunan bölgəsindən atılıb…



Şimali Koreya iyunun 19-da səhər saatlarında Çinə doğru çoxsaylı raket sistemlərindən ondan çox raket atıb.

SİA-nın məlumatına görə, Reuters Cənubi Koreya hərbi komandanlığına istinadən xəbər verir.

Agentliyin məlumatına görə, raketlər paytaxt Pxenyan yaxınlığındakı Sunan rayonundan şimal-qərb istiqamətində atılıb.

Hələlik başqa təfərrüatlar verilmir. Agentlik qeyd edib ki, istifadə edilən silahlar ümumiyyətlə Cənubi Koreya ordusu tərəfindən qısa mənzilli ballistik raketlər kimi təsnif edilir. Şimali Koreyanın ballistik raketlərdən istifadə etməsi BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə qadağandır.

Əli Babayev

Əlaqəli Xəbərlər