Ukrayna prezidenti Vladimir Zelenski Rusiya və müttəfiqlərinə qarşı tərəfdaşları ilə sanksiyalar siyasəti və birgə məhdudlaşdırıcı tədbirlərlə bağlı iclas keçirib.
Bir sıra konkret qərarlar qəbul edilib.
SİA rus saytlarına istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat verib.
…Birincisi dövlətimizin və tərəfdaşlarımızın sanksiyalarını tam sinxronlaşdırmaqdır: “Avropa İttifaqının və digər qlobal qurumların sanksiya paketləri də Ukraynanın milli sanksiya qərarları ilə tam təsdiqlənməlidir”, – dövlət başçısı qeyd edib.
…İkincisi, biz Rusiya tanker donanmasına təzyiq siyasətini davam etdiririk. O, bu donanmanın kapitanlarına, eləcə də neft daşıyan Rusiya terminallarına qarşı sanksiyaların genişləndirilməsi vəzifəsini qoyub: “Müvafiq qərarlar həm də tərəfdaşlarla sinxronlaşdırılmalıdır”.
Onun sözlərinə görə, eyni neft tankerlərinin həm Rusiya, həm də İran tərəfindən müharibəni maliyyələşdirmək üçün istifadə edilməsi ilə bağlı faktlar qeydə alınıb.
…Biz rusların öz layihələrində istifadə etməyi gözlədikləri qaz daşıyıcılarına qarşı sanksiyaların tətbiqi üzərində ayrıca işləyirik.
Üçüncüsü, Rusiyanın müharibəni uzatmasını çətinləşdirmək üçün yeni sanksiyalar sahələrini nəzərdən keçirdik. Xüsusilə, bu, maliyyə alətlərinə, kriptovalyutalara, ödəniş sxemlərinə və silah istehsalı üçün Rusiyaya komponentlər və avadanlıqların tədarükünə aiddir.
…Mən parlament diplomatiyası imkanlarını genişləndirməyi, yeni sanksiyalar qərarlarını dəstəkləmək üçün ictimai liderlərlə və korporativ sektorla işləməyi tapşırmışam, – deyə Zelenski əlavə edib.
Ukrayna Xarici İşlər Nazirliyi, xüsusi xidmət orqanları və Ukrayna Milli Bankı Rusiyaya və onun əlaltılarına qarşı sanksiyaların daha real nəticələrini təmin etməlidir, o vurğulayıb.
Əli Babayev