İranın xarici işlər naziri Abbas Əraqçiyə qarşı sui-qəsdin qarşısı alınıb. SİA xəbər verir ki, bu barədə yerli KİV-ə istinadən RT məlumat yayıb. İran XİN rəhbərinin müşaviri hadisənin bir neçə gün əvvəl Tehranda baş verdiyini iddia edir. Sui-qəsd cəhdi ilə bağlı hər hansı məlumat açıqlanmayıb.
Daha çoxDay: June 20, 2025
İspaniya NATO-nun hərbi xərcləri ÜDM-in 5 faizinə çatdırmaq təklifini rədd edib
İspaniya hökuməti NATO-nun baş katibi Mark Rüttenin qarşıdakı sammit ərəfəsində müdafiə xərclərinin ümumi daxili məhsulun (ÜDM) 5 faizinə qədər artırılması ilə bağlı müraciətini rədd edib. SİA İspaniyanın RTVE telekanalına istinadla xəbər verir ki, bu barədə krallığın Baş naziri Pedro Sançes məktubla məlumat verib. O, belə bir öhdəliyin yalnız əsassız deyil, həm də əks-təsirli ola biləcəyini bildirib. Baş nazirin fikrincə, hər bir NATO üzvü bu cür xərclərə hazır olub-olmadığına özü qərar verməlidir. Bununla yanaşı, Sançes İspaniyanın NATO qarşısında tam sadiqliyini vurğulayıb və ölkəsinin “qarşıdakı illərdə öz öhdəliklərini yerinə yetirməyə davam edəcəyini”…
Daha çoxTürkiyədə zəlzələ oldu
Türkiyənin Hatay vilayətində 3,9 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilir ki, zəlzələ Samandağ rayonunun Antakya körfəzində olub. Dağıntı və ya tələfat barədə məlumat verilməyib.
Daha çoxTürkiyə regionda gərginlik fonunda dövlət sərhədinin mühafizəsinə dair tədbirləri gücləndirib
Türkiyə İran və İsrail arasında gərginliyin artması fonunda hava məkanının qorunması da daxil olmaqla dövlət sərhədində təhlükəsizlik tədbirlərini gücləndirib. SİA bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir. Türkiyə Müdafiə Nazirliyi tərəfləri regionda qarşıdurmanın miqyasını genişləndirən addımlardan çəkinməyə çağırıb. Eyni zamanda, Müdafiə Nazirliyi ölkənin hava məkanının pozulması ilə bağlı iddiaları təkzib edib. “Türkiyənin çoxsəviyyəli hava hücumundan müdafiə sistemi var. Türkiyə Hərbi Hava Qüvvələri hava məkanının pozulması ilə bağlı hər hansı insidentin qarşısını almaq üçün reydlər keçirir”, – deyə nazirlik əmin edib. Nazirlik onu da bildirib ki, regionda vəziyyətin gərginləşməsi…
Daha çoxİsrail İranın nüvə reaktoruna zərbələr endirir
İranın Ərak şəhərində nüvə reaktoru və kompleksin yaxın əraziləri İsrailin zərbələrindən sonra zədələnib. SİA xəbər verir ki, bu barədə BBC Rus Xidməti “Maxar Technologies”in peyk görüntülərinə istinadla məlumat yayıb. Bildirilib ki, reaktorun günbəzi zədələnib, strukturun yuxarı hissəsində dəlik müşahidə olunub. Kompleksin bir neçə qülləsi və digər obyektləri də zədələnib. Münaqişənin hər iki tərəfinin Ərakda baş verən zərbə faktını təsdiqlədiyi vurğulanır. Bundan əvvəl Axios mənbələrə istinadən xəbər verib ki, ABŞ İranın Fordodakı nüvə obyektini dünyanın ən güclü qeyri-nüvə bombası ilə vura bilər.
Daha çoxSEPAH-ın yeni kəşfiyyat rəisi o təyin edildi
General Məcid Xademi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat idarəsinin yeni rəhbəri təyin edilib. SİA xəbər verir ki, bu haqda “Fars” xəbər agentliyi məlumat yayıb. O, İsrailin hava hücumları nəticəsində həlak olan Məhəmməd Kazımini əvəz edib. Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu SEPAH-ın kəşfiyyat xidmətinin rəhbərinin İsrailin hücumu nəticəsində öldürüldüyünü açıqlamışdı.
Daha çoxNetanyahu oğlunun toyunu yenə təxirə saldı
İsrailin Baş naziri Benyamin Netanyahu oğlunun toyunu növbəti dəfə təxirə salıb. SİA xəbər verir ki, Baş nazir bu barədə özü bildirib. Ailəsinin İsrail xalqı ilə hazırda eyni böhranlarla üzləşdiyini bildirən nazir oğlu Avnerin toyunun təxirə salınmasının vacib olduğunu qeyd edib: “Oğlum Avner ikinci dəfədir ki, raket təhdidlərinə görə toyunu ləğv edir. Bu, onun nişanlısı üçün də əlavə xərcdir. Amma öldürülmüş insanlar, yaxınlarını itirən ailələr var, mən bunu həqiqətən böyük qiymətləndirirəm”. Qeyd edək ki, Avner Netanyahunun toyu əvvəlcə noyabr ayına planlaşdırılsa da, təhlükəsizlik səbəbi ilə təxirə salınıb. Onun toyu bazar ertəsi…
Daha çoxBMT TŞ təcili iclas keçirəcək
İyunun 20-də BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynanı kütləvi şəkildə atəşə tutması ilə əlaqədar təcili iclas keçirəcək. SİA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin müavini Andrey Sibiqa sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, rəsmi Kiyev gözləyir ki, BMT Təhlükəsizlik Şurasına üzv dövlətlər Rusiyanın çoxsaylı mülki əhalinin tələfatına səbəb olan zərbələri ilə bağlı prinsipial mövqe ortaya qoyacaq və Rusiyaya təzyiqlərin artırılmasının zəruriliyi barədə konkret qərar qəbul edəcək. Ukrayna həmçinin beynəlxalq ictimaiyyəti daha fəal dəstək verməyə, xüsusən də əlavə hava hücumundan müdafiə vasitələri təqdim etməyə çağırır. Sibiqa xatırladıb ki,…
Daha çox“Asiyanın təhlükəsizliyinə ən yaxşı töhfə Rusiyanı cilovlamaqdır..?”
NATO-nun əsas vəzifəsi… …Rusiyanın Çin və Şimali Koreya ilə əməkdaşlığının güclənməsi fonunda NATO Alyansın Avropa hüdudlarından kənarda genişləndirilməsi imkanlarını müzakirə etməyə başlayıb. NATO-nun baş katibi Mark Rutte, “Alyansın Asiya-Sakit okean regionunda iştirakının mümkünlüyünə işarə edərək, biz yalnız bir mərhələnin – Avro-Atlantik mərhələnin olduğunu güman edə bilmərik”-deyə bildirib. SİA-nın məlumatına görə, bunu CEPA yazır. Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, NATO Avropada cari vəzifələrin öhdəsindən gəlməkdə çətinlik çəkir və iki cəbhəyə hazır deyil. Güclü hava və dəniz qüvvələrinə baxmayaraq, Alyans döyüş sursatı və şəxsi heyət çatışmazlığından…
Daha çoxRusların uşaq sahibi olmaqdan imtina etmələrinin səbəbi..?
Ruslar ləzzətli həyat sürmək üçün uşaq sahibi olmaqdan imtina edirlər …Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi fondunun baş direktoru hesab edir ki, rusların öz kefləri üçün yaşamaq istəyi və uşaq böyütmək üçün baha başa gələn inam ölkədə lazımi doğum səviyyəsinə nail olmağa mane olur. SİA-nın məlumatına görə, Konstantin Abramov bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bəyan edib. Onun fikrincə, ailənin yaradılmasında, övlad sahibi olmaqda əsas səbəb sevgi olsa da, xüsusilə üç və daha çox uşağın doğulması ilə bağlı bu prosesə mane olan amillər var. Əsas maneə uşaq…
Daha çox