Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarteni qəbul edib. SİA xəbər verir ki,bu barədə AMB-yə istinadən xəbər verir.
“2021-ci ilin iyun ayından bu vəzifədə çalışan xanım Duarte missiyasını uğurla tamamlayır. Görüş zamanı sədr ölkədə və regionda IFC-nin fəaliyyətinə verdiyi dəyərli töhfələrə və məhsuldar əməkdaşlığa görə ona təşəkkür edib və gələcək işlərində uğurlar arzulayıb”, – deyə məlumatda qeyd olunub.