İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış…
Daha çoxDay: June 20, 2025
Azərbaycandakı Aqrar Biznes Festivallarında 8 milyon manatlıq məhsul satılıb
Son bir ildə Azərbaycanda keçirilmiş Aqrar Biznes Festivallarında ümumi dəyəri təxminən 8 milyon manat olan məhsul satılıb. SİA xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib. O qeyd edib ki, müxtəlif bölgələrlə təşkil olunmuş bu festivalların əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalçılarını və onların potensial müştərilərini bir araya gətirmək, əməkdaşlıq imkanları yaratmaqdır: “Bu proses artıq praktik nəticə verib, özünü doğruldub. Bütün ölkə üzrə, o cümlədən 14 iqtisadi rayonun hər birində – ümumilikdə 66 Aqrar Biznes Festivalı təşkil edilib. Burada həm kənd təsərrüfatı məhsulları, həm…
Daha çoxAzərbaycanda keçiriləcək Məhsul Festivallarının detalları açıqlanıb
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə ölkənin müxtəlif regionlarında keçiriləcək Məhsul Festivalları vahid konsepsiya ilə təşkil olunacaq və ümumilikdə 9 iqtisadi rayonu əhatə edəcək. SİA xəbər verir ki, bunu Mərkəzin direktoru Anar Cəfərov bildirib. “Festivalların keçirilməsində əsas məqsəd regionların regionların turizm potensialının tanıdılması, yerli kənd təsərrüfatı məhsullarının təqdim olunması, fermer və istehsalçıların dəstəklənməsi, eyni zamanda ictimai marağın və ticarət imkanlarının artırılmasıdır. Bu tədbirlər kənd əhalisinin sosial rifahının yaxşılaşdırılmasına, bölgələrdə milli-mədəni irsin qorunub yaşadılmasına da töhfə verəcək. Hər festival çərçivəsində bölgəyə məxsus folklor nümunələri, yerli sənətçilərin çıxışları və fermer…
Daha çoxKorrupsiya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinatlar olub
Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə iki idarə rəisi təyin edilib. SİA xəbər verir ki, Baş Prokuror Kamran Əliyevin əmrinə əsasən Hacıyev İsfəndiyar Ruslan oğlu Təşkilati və informasiya təminatı idarəsinin, Eyvazov Natiq Zöhrab oğlu Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi təyin olunublar.
Daha çoxPrezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də Özbəkistanın investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib. SİA xəbər verir ki, dövlət başçısı Laziz Kudratovun Azərbaycana səfərinin ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Azərbaycanla Özbəkistanın çox sayda birgə layihələr həyata keçirdiyini məmnunluqla vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, bu, bütün sahələrdə əlaqələrimizin sıx dostluq xarakteri daşımasının göstəricisidir. Qəbula görə minnətdarlığını bildirən Laziz Kudratov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlət başçısına çatdırıb. Qonaq qeyd etdi ki, Özbəkistan dövlətinin başçısı qardaş Azərbaycana nəzərdə tutulan səfərinə…
Daha çoxİsrail hücumları dayanmadan danışıqlar mümkün deyil
İsrailin İrana qarşı hava zərbələri davam etdiyi müddətdə Tehran heç bir ölkə ilə danışıqlara hazır deyil. SİA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ABŞ bu müddətdə İrana danışıqlarla bağlı bir neçə mesaj göndərib. Lakin İsrailin hücumları davam etdiyi bir şəraitdə diplomatiyadan danışmaq mümkün deyil”,- məlumatda deyilir.
Daha çoxAzərbaycanda bu bankların əmlakları hərraca çıxarılır
İyulun 1-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC-nin, iyulun 2-də “Atabank” ASC-nin, iyulun 8-də isə “Dəmir Bank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək. SİA xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb. Söhbət “Texnika Bank”a məxsus Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi, 7 ünvanındakı dəyəri 750 min manat olan 247,9 kv.metrlik və “Atabank”a məxsus Yevlax şəhəri, Nizami prospektindəki dəyəri 400 min manat olan 320,65 kv.metrlik qeyri-yaşayış sahələrindən, “Dəmir Bank”a məxsus Sumqayıt şəhəri, Sənaye zonası, Metallurq küçəsindəki dəyəri 260 min…
Daha çoxÖzbəkistan Prezidenti Azərbaycana səfərə hazırlaşır
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə hazırlaşır. SİA xəbər verir ki, bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratov Prezident İlham Əliyevin qəbulunda olarkən deyib. Onun sözlərinə görə, Özbəkistan dövlətinin başçısı Azərbaycana nəzərdə tutulan səfərinə hazırlaşır və bu səfəri konkret praktiki məzmunla zənginləşdirmək üçün hökumətə tapşırıqlar verib.
Daha çox“Uşaqlara erkən yaşlardan etibarən yol hərəkəti mədəniyyəti öyrədilməlidir”
“Müasir dövrdə yol hərəkəti qaydalarına riayət olunmaması, xüsusilə də piyadaların piyada keçidindən istifadə etməməsi nəticəsində baş verən qəza halları cəmiyyət üçün ciddi təhlükə yaradır. Bu cür məsuliyyətsizlik bəzən insanların həyatına son qoyur, bəzən isə ağır xəsarətlərlə nəticələnir. Bu səbəbdən həm dövlət qurumları, həm də vətəndaşlar bu problemin qarşısını almaq üçün birlikdə səylə çalışmalıdırlar”. Bu sözləri SİA-ya açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. Onun sözlərinə görə, əvvəlcə bu problemin əsas səbəblərinə nəzər salmaq lazımdır. Əhalinin bir qismi, xüsusilə də yaşlı və azyaşlı şəxslər piyada keçidinin nə…
Daha çoxDünya birjalarında neft ucuzlaşıb
Dünya birjalarında neft ucuzlaşıb. SİA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,14 dollar azalaraq 76,71 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,14 dollar azalaraq 75 dollar təşkil edib.
Daha çox