Avstraliya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla avstraliyalı həmkarı Penni Vonq arasında telefon danışığı aparılıb. Telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub. Avstraliyanın xarici işlər naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi planları barədə məlumat verib və Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib. Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıb, iki ölkə Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr mexanizminin əhəmiyyətini vurğulayıblar.
Daha çoxDay: June 20, 2025
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib. SİA xəbər verir ki, tədbirdə 2024/2025-ci tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran məzunlar, Konfederasiyanın və üzv təşkilatların rəhbərliyi, dövlət rəsmiləri, Milli Məclisin deputatları, Akademiyanın müəllim heyəti və valideynlər iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra “Təşəkkür edirəm, Akademiya” videoçarxı nümayiş etdirilib. Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov məzunları təbrik…
Daha çoxDünya bazarında qızıl və gümüş ucuzlaşıb
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
Daha çoxBölgələrdə Məhsul festivallarına start verilir
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin müxtəlif regionlarında Məhsul festivallarına start verilir. İlk dəfə vahid konsepsiya əsasında keçiriləcək bu festivallar 9 iqtisadi rayonu əhatə etməklə, 2025-ci ilin iyun-noyabr ayları ərzində 13 rayonda təşkil olunacaq. SİA xəbər verir ki, festivalların keçirilməsində əsas məqsəd ölkənin regionlarının aqroturizm potensialının artırılması, yerli kənd təsərrüfatı məhsullarının tanıdılması, fermer və istehsalçıların dəstəklənməsi, məhsullarına ictimai marağın və ixrac imkanlarının genişləndirilməsidir. Eyni zamanda, bu tədbirlər kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması və bölgələrdə milli mədəni irsin qorunub yaşadılmasına da töhfə verəcək. Hər festival çərçivəsində bölgəyə məxsus…
Daha çoxİranın Müdafiə Nazirliyinə məxsus agentliyin qərargahı vurulub
İsrail hərbçiləri Tehranda onlarla hədəfi, o cümlədən İran Müdafiə Nazirliyinin Müdafiə İnnovasiyaları və Tədqiqatları Agentliyinin (SPND) qərargahını vurub. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. “İsrail Müdafiə Qüvvələri (IDF) Tehranın mərkəzində silsilə zərbələri tamamlayıb: onlarla hədəf, o cümlədən raket istehsalı ilə bağlı hərbi obyektlər, İranın nüvə layihəsi ilə əlaqəli SPND qərargahı vurulub”, – məlumatda bildirilir.
Daha çoxİyunun 20-si Ümumdünya Qaçqınlar Günüdür
Dünya ictimaiyyəti hər il iyunun 20-də BMT Baş Assambleyası tərəfindən 2000-ci ildə təsdiq edilmiş Ümumdünya Qaçqınlar Gününü qeyd edir. SİA xəbər verir ki, BMT-nin təşəbbüsü ilə 2025-ci ildə bu mühüm tarix “Qaçqınlarla həmrəylik” devizi altında keçirilir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) yeni məlumatlarına görə, təqib, zorakılıq və ya insan hüquqlarının pozulması nəticəsində dünya miqyasında didərgin düşmüş 123 milyon insanın 42,7 milyonu sərhədləri aşmış qaçqınlardır. Bu humanitar fəlakətin qaynar nöqtələrinə Sudan, Suriya, Əfqanıstan, Ukrayna və Fələstin daxil olsa da, köçkünlük dünyanın hər bir bölgəsinə təsir edir. Qaçqınlıq həm də bəşəriyyətin…
Daha çoxCinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
İyunun 19-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Axtarışda olduğuna görə ümumilikdə 98, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.
Daha çoxDİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunda 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. SİA xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən bildirilib. Tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçən hərbi qulluqçuların və polis əməkdaşlarının əziz xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Məzunların buraxılış mərasiminin Hərbi İnstitutun həyatında əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdıran nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov…
Daha çox“Xaricə təhsil məqsədilə gedən gənclərin sayında ciddi artım müşahidə olunur”
“Gənclər Azərbaycan əhalisinin təqribən 21-22 faizini təşkil edir. Bu, o deməkdir ki, son 10 ildə gənclərin sayında da azalma müşahidə olunur”. Bu sözləri sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında deyib. O bildirib ki, əvvəlki illərdə gənclər ölkə əhalisinin təqribən 29-30 faizini təşkil edirdi: “Yəni, gənclərin sayındakı azalma həm təbii artımın ləngiməsi ilə izah olunur, həm də təhsil məqsədilə xarici ölkələrə gedən gənclərin sayının artması ilə əlaqələndirilir. Əlbəttə, gənclərin xaricə getmə səbəbləri əsasən daha keyfiyyətli təhsil almaq, beynəlxalq təhsil standartlarına cavab verən ölkələrdə oxumaq və gələcəkdə rəqabətədavamlı kadr olmaq arzusu ilə bağlıdır.…
Daha çoxAzərbaycan neftinin qiyməti 82 dolları ötüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,41 ABŞ dolları, yaxud 4,3 % artaraq 82,58 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 80,44 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,41 ABŞ dolları və ya 4,38 % artaraq 81,20 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light”…
Daha çox