Bu gün Lənkəran və Lerik rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 10 kV-luq hava xətlərində iyunun 20-də təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Lənkəranın şəhər ərazisində Raypo, Su 8 adlanan yaşayış məntəqələri, rayonun Girdəni kəndi, saat 14:00-dan 16:00-dək Gərmətük, Aşağı Nüvədi qəsəbələri, Viyən kəndi, saat 10:00-dan saat 15:00-dək Lerikin Babagil, Noda, Nüvədi, Vizəzəmin kəndlərində elektrik enerjisinin…
Daha çoxDay: June 20, 2025
Dünyada birbaşa xarici investisiyaların həcmi kəskin azalıb
2024-cü ildə dünyada birbaşa xarici investisiyalar (BXİ) 11 faiz azalaraq 1 trilyon 493 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2023-cü ildə 1 trilyon 673 milyard dollar idi. SİA xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında bildirilir. Qeyd olunur ki, BXİ ikinci ildir ardıcıl olaraq azalır. “Bu il də bərpa gözlənilmir. Buna səbəb ölkələr və şirkətlər arasında narahatlıq və qeyri-müəyyənliyi artıran ticarət müharibələri və silahlı münaqişələrdir” – deyə BMT-nin Ticarət və İnkişaf üzrə baş katibi Rebekka Qrinspan bildirib. Hazırda transmilli korporasiyalar uzunmüddətli strategiyalardan çox…
Daha çoxDiplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başladı
Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb. SİA xəbər verir ki, diplomatların olduğu təyyarə Laçın Beynəlxalq Hava Limanına enib. Nümayəndələri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov qarşılayıb. Məsim Məmmədob nümayəndələri hava limanı barədə məlumatlandırıb. Onlar daha sonra Laçın şəhərinə yola düşüblər. Diplomatlar burada Laçın İstirahət Kompleksi, “Hoçazfilm” yaradıcılıq studiyası, Həkəri çayının sahilinə baş çəkəcək, Laçında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olacaqlar. Diplomatik korpusun nümayəndələri iyunun 21-i isə Şuşa və Ağdama gedəcəklər.
Daha çoxTürkanın yeni klipi viral oldu
Müğənni Türkan Vəlizadə “Salam həyatım” mahnısı ilə sosial şəbəkələrdə viral olub. SİA xəbər verir ki, Xəyal Hüseynin ekran həyatı verdiyi klip “Youtube” platformasına yerləşdiyi andan trend olub. O, ilk andan 18- ci pillədə qərarlaşıb və irəliləməyə davam edir. https://youtu.be/JG4CXUKaEwY?si=6NKuzf3mxavId9bw
Daha çoxİran İsrail ordusunun Kompüter Təhlükəsizliyi İdarəsini vurdu
İran İsrail ordusunun Kompüter Təhlükəsizliyi İdarəsini vurdu
Daha çoxBakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Daha çoxABŞ İsrailə hərbi yardımla dolu 14 təyyarə göndərib
ABŞ-ın İsrail ordusuna dəstək üçün göndərdiyi hərbi texnika daşıyan 14 yük təyyarəsi İsrailə çatıb. SİA xəbər verir ki, bu haqda İsrailin Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, İsraillə İran arasında qarşıdurmalar artıq 7-ci gündür davam edir.
Daha çox2024-cü ildə dünyada birbaşa xarici investisiyaların həcmi 11 faiz azalıb
2024-cü ildə dünyada birbaşa xarici investisiyalar (BXİ) 11 faiz azalaraq 1 trilyon 493 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2023-cü ildə 1 trilyon 673 milyard dollar idi. SİA xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında bildirilir. Qeyd olunur ki, BXİ ikinci ildir ardıcıl olaraq azalır. “Bu il də bərpa gözlənilmir. Buna səbəb ölkələr və şirkətlər arasında narahatlıq və qeyri-müəyyənliyi artıran ticarət müharibələri və silahlı münaqişələrdir” – deyə BMT-nin Ticarət və İnkişaf üzrə baş katibi Rebekka Qrinspan bildirib. Hazırda transmilli korporasiyalar uzunmüddətli strategiyalardan çox…
Daha çoxBu günün hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında iyunun 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu gecə 19-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 5-10°…
Daha çox70 min sakin təxliyə edildi
Çinin cənubundakı Quandon əyalətində bir neçə gündür davam edən şiddətli yağışların yaratdığı fəsadlar 300 min sakinin həyatına mənfi təsir edib. SİA xəbər verir ki, Caoçin şəhərinin tabeliyindəki Huayci rayonunda sel və daşqın təhlükəsi ilə əlaqədar təxminən 70 min sakin təxliyə edilib. Utip qasırğasının gətirdiyi aramsız yağışlar iyunun 14-dən bölgədə həyati iflic edib. Suycian çayındakı hidroloji stansiyada suyun səviyyəsi təhlükəli həddi 5,22 metr keçərək 55 metrə çatıb. Nəticədə 19 qəsəbədə əkin sahələri və yollar su altında qalıb. Təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılmasına və qabaqlayıcı tədbirlərə təxminən 10 min adam cəlb…
Daha çox