Benefisiarlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil olunub

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Bakı şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Dostluğa yol aç” adlı tədbir keçirilib. SİA xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan tədbir mərkəzin benefisiarları olan uşaqların yol hərəkəti iştirakçılarının əsas hüquqları barədə məlumatlandırılması məqsədi daşıyıb. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis kapitanı Pərvanə Muradova, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşı, Əməkdar müəllim Fəridə Süleymanova bu sahədə əsas məlumatları benefisiarlarla bölüşüblər. Tədbir iştirakçılarına yol…

Daha çox

“Avropa Azərbaycanla olan əməkdaşlığa çox yüksək dəyər verməlidir”

SİA-nın məlumatına görə, AZƏRTAC Atlantik Şuranın Vaşinqtondakı Qlobal Enerji Araşdırmaları Mərkəzinin baş elmi işçisi, BMT Avropa İqtisadi Komissiyasının Davamlı Enerji üzrə layihəsinin Məsləhət Şurasının üzvü və BMT AİK-in Qaz üzrə Ekspertlər Qrupunun üzvü Con Roberts ilə müsahibəni təqdim edir. – Cənab Robetrs, Avropanın enerji təhlükəsizliyinin arxitekturası enerji böhranının başlanğıcı və Rusiyadan tədarükün azalması fonunda necə dəyişdi? – Böhran qarşımıza eyni anda iki vəzifə qoydu ki, onların həlli ilk baxışdan bir-birinə zidd yanaşmalar tələb edir. Birincisi, bu, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müdaxiləsindən sonra Rusiya qazının tədarükünün itirilməsi ilə…

Daha çox

Azərbaycanın xarici işlər naziri Türkiyəyə işgüzar səfərə yola düşüb

İyunun 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə yola düşüb. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində xarici işlər nazirinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında, habelə dəyirmi masalarda və İƏT əlaqə qruplarının iclaslarında iştirakı nəzərdə tutulub. Ceyhun Bayramovun, həmçinin yüksəksəviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.

Daha çox

“Kişi” sevgilisini uşaqların gözləri qarşısında tütəklə döyərək öldürüb…

Rusiyada, Kurqanda məhkəmə sevgilisini vəhşicəsinə öldürməkdə şübhəli bilinən 33 yaşlı rusiyalının həbs edilməsi ilə bağlı müstəntiqlərin vəsatətini təmin edib və onu istintaq təcridxanasına göndərib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi özünün Telegram kanalında məlumat yayıb. İstintaqın məlumatına görə, iyunun 18-də spirtli içki qəbul edən şəxs onun davranışından qəzəblənən qayınanası ilə mübahisə edib. “Kişi” plastik boru ilə “silahlanıb” və azyaşlı uşaqların gözü qarşısında qadını döyməyə başlayıb. Qadının aldığı xəsarətlər həyatla bir araya sığmayıb. …Bundan əvvəl Moskva vilayətində rusiyalı gəncin anası ilə sevgilisini tarlada…

Daha çox

OANA-nın növbəti Baş Assambleyası Azərbaycanda keçiriləcək

SİA xəbər verir ki, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XX Baş Assambleyası 2028-ci ildə AZƏRTAC-ın ev sahibliyi ilə Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar təşkilatın Sankt-Peterburq şəhərində baş tutan XIX Baş Assambleyasında səsvermə yolu ilə qəbul edilib. İclasda üzv agentliklər OANA-nın 2025-2028-ci illərdə sədri vəfizəsinə yekdilliklə TASS agentliyinin lehinə səs veriblər. Təşkilatın sədri TASS-ın baş direktoru Andrey Kondraşov, baş katibi isə baş direktorun birinci müavini Mixail Qusman seçiliblər. Eyni zamanda OANA-nın İcraiyyə Komitəsinin yeni tərkibi formalaşdırılıb. İRNA (İran), Yonhap (Koreya Respublikası), AZƏRTAC (Azərbaycan), Anadolu (Türkiyə) və Sinxua…

Daha çox

Təl-Əvivdən vətəndaşlarımızı çıxarmaq üçün çarter reysləri açacağıq

Böyük Britaniya hava məkanı yenidən açıldıqdan sonra öz vətəndaşları üçün Təl-Əvivdən çarter reysləri təmin edəcək. SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “X” sosial şəbəkəsində bildirib. “Reyslər tələb səviyyəsindən asılı olaraq əlçatan olacaq. Böyük Britaniya vətəndaşlarının təhlükəsizliyi bizim əsas prioritetimiz olaraq qalır”, – o yazıb.

Daha çox

SOCAR Qaraqalpaq investisiya blokunda geoloji kəşfiyyat işlərinə başlaya bilər

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın Qaraqalpaq investisiya blokunda birgə geoloji kəşfiyyat işlərinin aparılması imkanlarını öyrənir. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən lll Azərbaycan-Özbəkistan regionlararası forumunda deyib. Onun sözlərinə görə, Özbəkistan ilə İkitərəfli əməkdaşlığın digər perspektivli sahəsi enerji sektorudur. Nazir yaxın vaxtlarda bu yataqla bağlı genişmiqyaslı işlərin başlanacağına ümid edir.

Daha çox

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ümumdünya Qaçqınlar Günü münasibətilə paylaşım edib. SİA xəbər verir ki, nazirliyin “X” sosial media hesabında etdiyi paylaşımda dünyadakı bütün qaçqın və məcburi köçkünlərlə həmrəylik ifadə olunub. “Azərbaycan kütləvi köçkünlük yaşayan ölkə kimi qaçqınların hüquqlarının, təhlükəsizliyinin və ləyaqətinin qorunmasına yönəlmiş beynəlxalq səylərə sadiqdir”, – postda vurğulanıb.

Daha çox

Tehranda nüvə proqramı komponentini istehsal edən obyekt vurulub

İyunun 20-nə keçən gecə İDF Tehranın mərkəzində silsilə zərbələr endirib, onlarla hədəfi, o cümlədən raket istehsal edən obyektləri və İranın nüvə proqramı çərçivəsində inkişaf və tədqiqat işləri ilə məşğul olan SPND-nin qərargahını vurub. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Dəqiq kəşfiyyat məlumatları əsasında hərəkət edən İsrail Hərbi Hava Qüvvələrinə məxsus 60-dan çox döyüş təyyarəsi İran daxilində onlarla hərbi obyekti vurub, 120-yə yaxın döyüş sursatı atıb. Gecədə Tehran ərazisində raket istehsalı üçün istifadə edilən bir neçə sənaye obyekti vurulub. Bu obyektlər uzun illər ərzində tikilib və…

Daha çox