Azərbaycan Monteneqro ilə vergi sahəsində təcrübə mübadiləsi aparacaq

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Monteneqro Respublikasının Vergi Administrasiyasının icraçı direktoru Sava Laketiç ilə görüş keçirib. SİA bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, görüşdə iki ölkənin vergi orqanları arasında əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran istiqamətlər və institusional inkişaf sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti müzakirə olunub. Tərəflər vergi ödəyicilərinə xidmətlərin təkmilləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və vergi intizamının gücləndirilməsi mövzularında fikir mübadiləsi aparıblar. O.Nəzərli bildirib ki, Dövlət Vergi Xidməti beynəlxalq tərəfdaşlarla, xüsusilə də oxşar…

Daha çox

“Böyük Qayıdış cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin nəticəsidir”

“Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə Böyük Köçün həyata keçirilməsi Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla yanaşı, milli yaddaşımızın, kimliyimizin və əzəli torpaqlarımıza bağlılığımızın parlaq təcəssümüdür”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib. Onun sözlərinə görə, bu insanların ata-baba yurdlarına qayıdışı və 30 illik ədalətsizliyə verilən cavab, milli ləyaqətin və ərazi bütövlüyünün bərpası deməkdir: “Dövlətimizin həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma tədbirləri nəticəsində Qarabağ və Şərqi Zəngəzurda müasir yaşayış məntəqələri, infrastruktur, məktəblər, xəstəxanalar və iş yerləri yaradılır. Bu proseslərin həyata keçirilməsi…

Daha çox

“Latın Amerikalılar Ukrayna uğrunda döyüşməyə hazırlaşırlar…”

Onları nə cəlb edir..? Ordudakı insan çatışmazlığını kompensasiya etmək üçün Ukrayna, Latın Amerikasına arxalanaraq onlara müraciət edir. SİA-nın məlumatına görə, “The Economist” öz məqaləsində ukraynalı işə götürənlərin və yeni işə qəbul olunanların qarşılaşdıqları problemlər barədə yazıb. Nəşrin məlumatına görə, may ayında Ukraynanın qərbində işə qəbul mərkəzi açılıb və o, xaricdən könüllülərin cəlb edilməsi üçün kampaniyaya başlayıb. Qeyd olunur ki, əcnəbilərin Ukraynada xidmət etməyə marağı artır: koordinatorların sözlərinə görə, hər gün yüzə qədər müraciət daxil olur. Könüllülər Ukraynaya səyahət xərclərini özləri ödəyirlər və Ukrayna əsgərləri ilə bərabər…

Daha çox

“Kriptovalyutalarla bağlı mövcud qanunvericilikdə müəyyən boşluqlar mövcuddur”

“Azərbaycanda kriptovalyutaların hüquqi statusu hələlik tam şəkildə qanunvericilikdə əks olunmayıb. Başqa sözlə, kriptovalyutalarla bağlı mövcud qanunvericilikdə müəyyən boşluqlar mövcuddur. Buna baxmayaraq, ölkə vətəndaşları müxtəlif — əsasən də beynəlxalq və onlayn — platformalar vasitəsilə kriptovalyutalardan istifadə edir, onların alqı-satqısı ilə məşğul olurlar”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, mövcud hüquqi boşluqlar bu sahənin qeyri-rəsmi şəkildə inkişaf etməsinə səbəb olmaqla yanaşı, həm də vətəndaşların hüquqi və maliyyə baxımından müəyyən risklərlə üzləşməsinə gətirib çıxarır: “Kriptovalyuta bazarında iştirak edən şəxslər bu riskləri fərdi şəkildə üzərinə götürürlər və bu…

Daha çox

Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın möhkəm təmələ əsaslanan uğurları fonunda daim bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Hər gün, hər ay bizim qələbəmizi yaxınlaşdırır. Tarixin gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaq. Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə ümidimiz öz gücümüzdür-Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan gücümüzdür. Bu gün Silahlı Qüvvələr Gününü məhz bu uğurumuzun-torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayaraq qeyd edirik. Hər bir bayram…

Daha çox

Peskov Trampın təkliflərini rədd edib..?

Kreml atəşkəsə ehtiyac duymadıqlarını bildirib… Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya müharibədə “strateji üstünlüyə” malik olduğu üçün Ukrayna ilə atəşkəs sazişi bağlamaq niyyətində deyil. SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə Sky News-a müsahibəsində bildirib. …İndi bizim strateji üstünlüyümüz var. Onu niyə itirməliyik? Onu itirməyəcəyik. Biz irəliləyirik. İrəliləyirik və irəliləməyə davam edəcəyik. Nəşr Peskovdan sitat gətirir. Eyni zamanda, o, iddia edir ki, Qərb ölkələri atəşkəs dövründə Ukraynaya silah tədarükünü dayandırmaq öhdəliyi götürsələr, Rusiya “atəşkəslə razılaşa bilər”. Atəşkəs atəşkəsdir, bu o deməkdir ki, siz…

Daha çox

Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdam rayonunda Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Goranboy, Laçın, Xocalı rayonlarının və Naftalan şəhərinin sakinlərini qəbul edib. SİA xəbər verir ki, bunu nazir “X” sosial şəbəkəsində hesabında bildirib. “Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi”,-deyə o qeyd edib.

Daha çox

“Azərbaycan” məhəlləsi – Azərbaycan-Türkiyə qardaşlığının əyani nümunəsi

“Bir millət, iki dövlət” prinsipi Azərbaycan-Türkiyə münasibətlərinin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarası əməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsinə çevrilib. Azərbaycan və Türkiyə geosiyasi baxımdan mühüm regionlarda yerləşərək, regional və qlobal təhlükəsizlik, enerji layihələri və iqtisadi əməkdaşlıq sahələrində strateji tərəfdaş kimi çıxış edir. Eyni zamanda, hər iki dövlət Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcək inkişafına töhfə verir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmaqla, diplomatik əlaqələrin bərpasında və ölkəmizin beynəlxalq aləmdə yerinin, mövqeyinin möhkəmlənməsində mühüm…

Daha çox

Yaxın Şərqdə göründüyü kimi qlobal böhranlar sürətlə alovlanır…

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında bəyan edib ki, qlobal böhranlar sürətlə alovlanır və bu gün bu, Yaxın Şərqdəki vəziyyətdən görünür. SİA-nın məlumatına görə, forumun plenar iclasından əvvəl Putin Bəhreyn kralının milli təhlükəsizlik müşaviri Nasir bin Həməd Əl Xəlifə ilə görüşüb. Söhbətin mövzusu Yaxın Şərqdə gərginliyin artması olub. Rusiya liderinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, kralın müşaviri Bəhreyndə Yaxın Şərqdəki böhranın aspektləri ilə birbaşa məşğuldur. Görüş zamanı Putin qeyd edib ki, Rusiya Yaxın Şərqdə vəziyyətin gərginləşməsini narahatlıqla izləyir. Peskov Yaxın Şərqdə münaqişənin genişlənməsi təhlükəsindən danışıb Vladimir…

Daha çox