“İran-İsrail müharibəsi tam şəkildə proqnozlaşdırıla bilməyən ssenarilər təhlükəsini özündə saxlayır. Bu təhlükəli ssenarilər həm bütövlükdə region üçün, həm də dünya miqyasında sülh və təhlükəsizlik baxımından ciddi təhdidlər yaradır. Əgər bu müharibə vaxtında dayandırılmasa, regionu və dünyanı nə gözlədiyini proqnozlaşdırmaq, hətta 30–40% ehtimalla belə, mümkün deyil və bu da olduqca dəhşətli nəticələr vəd edir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi-şərhçi Aydın Quliyev deyib. Onun sözlərinə görə, müharibənin İranda və İsraildə törədəcəyi humanitar faciələrin miqyasını təsəvvür etmək belə çətindir. İranın çoxmillətli ölkə olması, İsrailin ərazi baxımından zəifliyi, hər iki tərəfin çox dağıdıcı silahlara…
Daha çoxDay: June 20, 2025
“Yoga idman növü deyil!”
“21 iyun Beynəlxalq Yoga Günü kimi qeyd olunur. Bu münasibətlə müxtəlif ölkələrdə, o cümlədən Avropa və Asiya dövlətlərində müxtəlif tədbirlər təşkil edilir. Azərbaycanda da bu gün qeyd olunur və bu çərçivədə yoga müəllimləri bir araya gəlir, açıq dərslər keçirilir. Həmin dərslərdə istənilən şəxs iştirak edə bilər”. Bu sözləri SİA-ya açıqlamasında yoga üzrə təlimçi Ruqiyyə Əşrəfli deyib. Onun sözlərinə görə, Azərbaycanda bu tədbirlər ənənəvi olaraq Hindistan Səfirliyi tərəfindən təşkil olunur və təşkilati məsələlər əsasən onlar tərəfindən həyata keçirilir, müəllimlər dəvət edilir və müvafiq fəaliyyətlər reallaşdırılır: “Bu tədbirlər insanların marağına səbəb olur,…
Daha çoxAzərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
Prezident İlham Əliyev “Azərbaycan ilə Çin arasında “Kəmər və Yol” Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti Fərman imzalayıb. Bu Fərman qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi Əməkdaşlıq Planının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Daha çoxBaş prokuror Gədəbəydə vətəndaşları qəbul edib
Baş prokuror Kamran Əliyev Gədəbəy rayon prokurorluğunun inzibati binasında Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. SİA xəbər verir ki, bu barədə Baş Prokuroluqdan məlumat verilib. Bildirilib ki, qəbulda iştirak edən 57 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib. Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara…
Daha çoxBakıda Gənclərin Süni İntellekt Forumu keçirilib
20 iyun 2025-ci il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgətərəfdaşlığı və “Baku ID” innovasiya festivalı çərçivəsində Gənclərin Süni İntellekt Forumu baş tutub. SİA-nın verdiyi məlumata görə, forumun əsas məqsədi gəncləri süni intellekt sahəsində baş verən yeniliklərlə tanış etmək, onların bu sahəyə marağını artırmaq, karyera imkanlarını müzakirə etmək və gələcək əmək bazarına hazırlıqlı olmalarına dəstək olmaqdır. Açılış mərasimində millət vəkili Müşfiq Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktorunun müavini Yusif Vəliyev və Gənclərin İnkişaf…
Daha çox“Onlayn satış edənlər artıq qeydiyyatdan keçməli və vergi ödəməlidirlər”
“Hazırda elektron ticarət çox sürətlə inkişaf edir. İnsanlar artıq mağazaya getməkdənsə, məhsulları internet üzərindən alırlar. Bu sahənin böyüməsində informasiya texnologiyalarının (İT) böyük rolu var”. Bu sözləri SİA-ya açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov deyib. Onun sözlərinə görə, satışlar üçün xüsusi onlayn saytlar (məsələn, Trendyol, Amazon) və sosial şəbəkələrdən istifadə olunur: “Ödənişlər bank kartı, mobil tətbiqlər və digər rəqəmsal yollarla aparılır. Dövlət orqanları bu satışları izləmək və vergi toplamaq üçün elektron sistemlər yaradır (e-qaimə, e-vergi sistemləri və s.). Bütün bu sistemlərin işləməsi üçün güclü İT infrastrukturu lazımdır – yəni serverlər,…
Daha çoxCeyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
Azərbaycann xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas telefon danışığı zamanı İsrail-İran qarşıdurmasını müzakirə edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub. Tərəflər İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, münaqişənin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar. Avropa İttifaqı üzv ölkələrinin vətəndaşları daxil olmaqla xarici ölkə vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın oynadığı əhəmiyyətli…
Daha çoxDövlət Komitəsi “Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirilib. Dövlət Komitəsindən SİA-ya bildirilib ki, qurumun sədr müavini Fuad Hüseynov tədbirdə çıxış edərək qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. F.Hüseynov həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən Böyük Qayıdışın əsas məqsədləri Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir və bu sahədə Dövlət Komitəsinin də üzərinə vacib, məsul vəzifələr düşür. Komitə əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili, məcburi…
Daha çoxAzərbaycanda daha 154 nəqliyyat vasitəsi hərraclara çıxarılacaq
Avqustun 5-i və 19-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Avqustun 5-də keçiriləcək hərraca ümumi dəyəri 280 min 300 manat olan 75 nəqliyyat vasitəsi, avqustun 19-da isə ümumi dəyəri 389 min 200 manat olan 79 nəqliyyat vasitəsi çıxarılacaq. Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən…
Daha çox““Azərbaycan Məhəlləsi” sıradan bir yaşayış kompleksi deyil”
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin qardaş Türkiyəyə etdiyi səfər və bu səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Kahramanmaraşda Azərbaycan sərmayəsi hesabına inşa olunmuş “Azərbaycan Məhəlləsi”nin açılışında iştirakı, iki ölkə arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Bu hadisə bir daha sübut edir ki, Azərbaycan və Türkiyə münasibətləri təkcə diplomatik və siyasi tərəfdaşlıqdan ibarət deyil, həm də qan qardaşlığı, tarixə, mədəniyyətə və mənəviyyata söykənən sarsılmaz bir bağdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. O bildirib ki, Kahramanmaraşda yaradılan bu “Azərbaycan…
Daha çox