Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 2024-cü ilin mənfəət bəyannaməsi üzrə audit yoxlamasının aparılması üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 12 manatdır. İddiaçılar təkliflərini iyulun 10-na qədər AZSTAND-ın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə qəsəbəsi, 7-ci köndələn ünvanına təqdim edə bilərlər. Təkliflərə iyulun 10-da, saat 17:30-da qeyd olunan ünvanda baxılacaq. Ötən il bu tenderin qalibi “Azəruçot” MMC olub. Şirkətə 3 min manat ödənilib.
Daha çoxDay: June 20, 2025
Azərbaycanla Küveyt arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq sənədi təsdiqlənib
Azərbaycanla Küveyt arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənəd 2025-ci il aprelin 30-da Əl-Küveyt şəhərində imzalanıb. Fərmanla Kənd Təsərrüfatı Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Küveyt hökumətinə bildiriş göndərmək tapşırılıb.
Daha çoxAzərbaycan-Dağıstan Əməkdaşlıq Planının müddəti 3-5 il uzadıla bilər
Azərbaycan və Rusiyanın Dağıstan bölgəsi 2023-2025-ci illər üçün nəzərdə tutulmuş əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Tədbirlər Planının müddətini daha 3-5 il uzatmaq niyyətindədir. SİA xəbər verir ki, bunu Dağıstanın Baş naziri Əbdülmüslim Əbdülmüslimov Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə respublikanın rəhbəri Sergey Melikovun görüşünün yekunlarına dair verdiyi açıqlamada bildirib. Görüş Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilib. Ə.Əbdülmüslimov qeyd edib ki, görüş zamanı Melikov və Mustafayev Dağıstan başçısının Azərbaycana son səfəri zamanı qaldırdığı məsələləri müzakirə ediblər. “Bu, ilk növbədə, Azərbaycanla qarşılıqlı fəaliyyət və əməkdaşlıq istiqamətləridir. Həmçinin 2022-ci ildə Azərbaycanla imzalanmış Planın…
Daha çoxGeyim tərzində mövsümə uyğunluq vacibdirmi?
Yay mövsümü istinin, günəşin və açıq havanın fəth etdiyi fəsildir. Bu fəsildə geyim seçimi yalnız görünüş məsələsi deyil, həm də rahatlıq və bədənin istiliklə mübarizəsidir. Düzgün seçilmiş geyim sizi həm sərin saxlayar, həm də gün boyu enerjili və gözəl hiss etdirər. İsti havada bədən tərləyir və buna görə də geyimlərinizin nəfəs alması çox önəmlidir. Yayda geyimləriniz: – Təbii parçalardan hazırlanmalıdır. Pambıq, kətan, şifon, viskoz və ipək kimi materiallar bədənin nəfəs almasına imkan verir və terin dəridə qalmasının qarşısını alır. – Yüngül və nazik olmalıdır. Qalın parçalar bədəni isitdiyi üçün yay…
Daha çoxAzərbaycanla sərhədlərin delimitasiyası çərçivəsində işi davam etdiririk
Bakı və İrəvan sərhədlərin delimitasiyası çərçivəsində işi davam etdirir. SİA xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Sputnik-Ermənistan”a bildirib. “Təmaslar var, lakin proses kifayət qədər mürəkkəbdir. Müvafiq olaraq müəyyən hazırlıq işləri tələb olunur. Hazırda bu işlər faktiki olaraq aparılır. Lakin mən prosesin yavaşlaması və ya sürətlənməsi ilə bağlı qiymət verməzdim”, – o qeyd edib. M.Qriqoryanın sözlərinə görə, hazırda delimitasiya komissiyalarının növbəti iclasının konkret tarixi yoxdur. “Buna baxmayaraq, tərəflərin qarşılıqlı fəaliyyət qaydasını müəyyən edən və tənzimləyən təsdiqlənmiş sənəd mövcuddur”, – o əlavə…
Daha çoxİsrail Tehrana silsilə zərbələr endirib
İsrail ordusu (SAXAL) iyunun 19-da axşam saatlarında İran paytaxtının mərkəzi rayonlarına silsilə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, əməliyyata İsrail Hərbi Hava Qüvvələrinin 60-dan çox qırıcı cəlb olunub və 120-yə yaxın mərmi atılıb. Hücum zamanı onlarla hədəf, o cümlədən raket istehsalı müəssisələri və Müdafiə Tədqiqatları və İnnovasiyalar Təşkilatının qərargahı vurulub. Bundan öncə isə İran İsrailin Beer-Şeva şəhərini raket atəşinə tutub. “The Times of Israel” qəzetinin məlumatına görə, raketlərdən birinin yaşayış binalarının yanına düşməsi nəticəsində tikiliyə zərər dəyib və bir…
Daha çoxSabah pensiyalar tam ödəniləcək
Sabah respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. SİA xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, sabah güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Daha çox“Kazinoların leqallaşdırılması dövlət büdcəsini artırmaq baxımından əhəmiyyətlidir”
“Son illərdə turizmin inkişafı Azərbaycanın iqtisadi prioritetlərindən biri kimi ön plana çıxır. Bu baxımdan kazinoların açılması məsələsi cəmiyyətin müxtəlif təbəqələrində və iqtisadi dairələrdə maraq doğuran mövzulardandır. Bu addım bir sıra sahələrdə ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadiyyatçı ekspert Asif İbrahimov deyib. Onun sözlərinə görə, ilk növbədə, kazinoların fəaliyyəti turizm sektorunu canlandıra bilər. Dünyada bir çox ölkə məhz bu yolla xarici turist cəlb edərək, iqtisadiyyatına böyük həcmdə valyuta axını təmin edir: “Azərbaycanda da belə bir təcrübənin tətbiqi, xüsusilə qonşu ölkələrdən – Rusiya, İran, Türkiyə və Orta…
Daha çoxIFC-nin Cənubi Qafqaz üzrə regional menecerinin missiyası başa çatıb
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarteni qəbul edib. SİA xəbər verir ki,bu barədə AMB-yə istinadən xəbər verir. “2021-ci ilin iyun ayından bu vəzifədə çalışan xanım Duarte missiyasını uğurla tamamlayır. Görüş zamanı sədr ölkədə və regionda IFC-nin fəaliyyətinə verdiyi dəyərli töhfələrə və məhsuldar əməkdaşlığa görə ona təşəkkür edib və gələcək işlərində uğurlar arzulayıb”, – deyə məlumatda qeyd olunub.
Daha çoxPaşinyan Ərdoğana sığınır…
Mətləb Salahov: “Erməni baş nazir İranın “qan itirdiyi”, Avropa və Rusiyanın başının qarışdığı bir vaxtda öz hakimiyyətinin təhlükəsizliyi üçün çapalayır” “Ermənistan baş nazirinin Türkiyəyə səfəri bölgədəki müharibə prosesi, siyasi yerdəyişmələr fonunda baş verir. Nikol Paşinyan dünya siyasətinin ciddi aktorlarından sayılan, bölgə siyasətinin əsas lideri kimi ABŞ, Çin və Rusiya liderləri tərəfindən qəbul edilən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla yaxınlaşma siyasəti aparır. Düzdür, erməni cəmiyyətində baş nazirin bu manevrləri qıcıq yaradır və bu addımlara görə N.Paşinyan tənqidlərin və hücumların hədəfindədir. Xüsusilə revanşist dairələr və kilsə nümayəndələri ənənəvi xəstə təfəkkürə bürünüb erməni…
Daha çox