Rus qadın Tehranda davamlı atəşə məruz qalan həyatdan danışır…




Qadın ailəsi ilə birlikdə Tehranda pəncərələri lentlə örtülmüş mənzildə yaşayır…



…Deməli, qadın qeyd edib ki, İranın paytaxtında ərzaqla bağlı heç bir problem yoxdur və ailə əhəmiyyətli ehtiyatlar yarada bilib. Ən təhlükəsiz olan mətbəxdə yaşamalısan.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, İsrailin İrana qarşı irimiqyaslı raket zərbələri endirməyə başlamasından sonra əri və uşaqları ilə Tehranda yaşayan Rusiya vətəndaşı ölkəni tərk etməyib.

Deyir ki, mənzillərindəki bütün çilçıraqları yığışdırıb, pəncərələri lentlə örtüblər. Bundan əlavə, onlar ən təhlükəsiz bir otaqda gecələməyə üstünlük verirlər.

RİA Novosti müxbiri ilə söhbətində o, bütün lazımi məhsulları, həmçinin filtrli maskaları yığdıqlarını qeyd edib. …Uşaqlar masanın altında yatırlar. Hücum zamanı soyuducu, qaz və işıq söndürülür. Biz dua edirik.

Bunu Tehranda yaçayan rus qadın deyir.

Qadln etiraf edir: İranın paytaxtında heç bir ərzaq qıtlığı yoxdur, ancaq koronavirus pandemiyası illərində olduğu kimi, küçələrdə bir dənə də olsun insan gözə dəymir.

…Və bu yaxınlarda turistlər İran raketlərinin Kipr üzərindən İsrailə doğru necə uçduğunu bildiriblər.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər