ABŞ senatoru Trampın İranla müharibəyə başlamasına qarşı çıxır…


…ABŞ prezident Donald Trampın İranla müharibəyə başlamasının qarşısını alan qanun layihəsini qəbul edə bilər. SİA-nın məlumatına görə, düzəlişlərin təşəbbüskarı Fələstin xalqına dəstəyi ilə tanınan Vermontdan olan müstəqil senator Berni Sanders olub.

Xatırladaq ki, fevral ayında Sanders, Trampın anklavı varlı turistlər üçün kurorta çevirmək barədə danışmasından fərqli olaraq, Qəzza zolağının yerli Fələstin əhalisi üçün yenidən açılmasının tərəfdarı olduğunu söyləyib.

Bundan əvvəl ABŞ Senatı senator Sandersin İsraili müharibə cinayətlərində ittiham etməyə icazə verməmişdi.

Bundan əvvəl Virciniyadan demokrat senator Tim Kaine Konqresdən İranla müharibə edib-etməmək barədə qərar verməsini tələb edən qətnamə təşəbbüsü ilə çıxış edib.

Keynin fikrincə, təşəbbüs ABŞ-ın münaqişəyə cəlb olunma riskini azaldacaq.

Əli Babayev

Əlaqəli Xəbərlər