Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında iştirakı çərçivəsində Banqladeşin Xarici Əlaqələr üzrə müşaviri Md Touhid Hossain ilə görüşüb. SİA xəbər verir ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu barədə “X”dəki hesabında yazıb.
“Biz ticarət, humanitar təşəbbüslər sahəsində Azərbaycan-Banqladeş əməkdaşlığının gücləndirilməsini müzakirə etdik və regional təhlükəsizlik çağırışları barədə fikir mübadiləsi apardıq”, – nazir vurğulayıb.