İyunun 19-da Qarabağ suvarma kanalının Yevlax rayonu, Tanrıqulular kəndi ərazisindən keçən hissəsində batan vətəndaş – 2010-cu il təvəllüdlü Rəsulov Hüseyn Sübhan oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.