…Kanada, Böyük Britaniya, ABŞ və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu iqlim dəyişikliyinin insan icmalarına təsirini öyrənmək üçün yeni yanaşma təklif edib. Mütəxəssislər sübut etdilər ki, arxeoloji məlumatlar sosial uyğunlaşma mexanizmlərini başa düşmək üçün açar ola bilər.
SİA-nın məlumatına görə, tədqiqat Nature Communications (NatComms) elmi jurnalında dərc olunub.
Komanda müxtəlif tarixi dövrlərdə ətraf mühitdəki dəyişiklikləri və onların sosial strukturlara təsirini təhlil etmək üçün alqoritm yaradıb.
Tədqiqatçılar bəşər tarixində dönüş nöqtələrinə xüsusi diqqət yetiriblər.
Məsələn, ovçuluqdan və yığıcılıqdan kənd təsərrüfatına keçidlə bağlı məlumatların təhlili göstərdi ki, bu proses son buz dövründən sonra iqlim dəyişikliyi ilə birbaşa bağlı olub. Kanadanın Monreal Universitetinin antropoloqu Ariana Burke “Mədəni müxtəliflik həmişə insanın sağ qalması üçün əsas vasitə olub”- deyə bildirib.
Yeni yanaşma artıq bir sıra mühüm kəşflərə səbəb olub. Alimlər müəyyən ediblər ki, iqlim dəyişikliyi təkcə qədim cəmiyyətlərin iqtisadiyyatına deyil, həm də onların sosial quruluşuna, ailə strukturlarına, hətta dini inanclarına da təsir edib.
Əli Babayev