…İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, İranın Qətər və İraqdakı ABŞ bazalarına qarşı hərbi əməliyyatı “Qələbə müjdəsi” adı altında həyata keçirilir. SİA-nın məlumatına görə, “Axios” müxbiri Barak Ravid X-də bildirib ki, İran Qətərdəki ABŞ bazalarına 6 raket atıb.
Üç raket müdafiə sistemlərindən yan keçərək birbaşa Əl-Udeyd bazasına düşüb
Bunu SEPAH bildirib.
Onlardan birinin aviabazaya zərbə endirməsinin videosunu da Mehr nəşri yayıb.
Bundan əvvəl Qətərin Müdafiə Nazirliyi hava hücumundan müdafiə vasitələrinin aviabazaya edilən raket hücumunun qarşısını aldığını bildirib.
Qətər Xarici İşlər Nazirliyi aviabazaya hücumu qətiyyətlə pisləyib və bunun Qətərin suverenliyi, hava məkanı və beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu bildirib.
Əli Babayev