Azərbaycan Dövlət İnformasiya Agentliyinin redaksiya müdiri Ramin Qurban ilə “Xəbər jurnalistikası – rəsmi informasiyanın təqdimat formaları” mövzusunda interaktiv görüş keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı Ramin Qurban rəsmi məlumatların strukturlaşdırılması, mənbələrin dəqiqliyi, jurnalist etikası kimi mühüm mövzularda çıxış edərək könüllülərlə öz peşəkar təcrübəsini bölüşüb. O, həmçinin rəsmi informasiyanın təqdimatında jurnalistin rolu, operativlik və obyektivlik prinsipləri barədə praktik nümunələr əsasında izahlar verib.