Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya Avropada yeni hərbi əməliyyatlar hazırlayır. SİA xəbər verir ki. bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib. “Biz Rusiya rəhbərliyinin növbəti psixi deqradasiyasını qeydə alırıq və onların Avropada yeni hərbi əməliyyatlar hazırladığına dair sübutlarımız var”, – o deyib. Zelenski həmçinin qeyd edib ki, sanksiyalar Rusiya iqtisadiyyatına ciddi ziyan vurur. Ukrayna prezidentinin sözlərinə görə, bu, beynəlxalq təzyiqin artırılması strategiyasının düzgünlüyünü təsdiqləyir. Zelenski vurğulayıb ki, Ukrayna kəşfiyyat vasitəsilə əldə etdiyi faktlar barədə tərəfdaşlarını məlumatlandıracaq və artıq Böyük Britaniya və Avropa İttifaqı ilə Avropanın müdafiəsini gücləndirmək üçün birgə…
Daha çoxDay: June 23, 2025
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb. Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.
Daha çoxPrezident görülən işlərlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış olub. SİA xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, magistral yolun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin, səkilərinin, həmçinin magistral yola avtomobillərin iki istiqamətli giriş-çıxışını təmin edən yanaşma yollarının tikinti işləri başa çatmaq üzrədir. Piyada keçidinin ümumi uzunluğu 48 metr olacaq ki, onun da 37 metri qapalı hissədir. Eni 7 metr olan yanaşma yollarının…
Daha çoxİlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlaxda “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Daha çoxPutin İranın XİN başçısı ilə bu gün görüşəcək
Putin İranın XİN başçısı ilə bu gün görüşəcək
Daha çox“Kotard sindromu”
“Kotard sindromu”
Daha çox“Birinci Beynəlxalq Kredit Hesanatlığı Konfransı” keçirilir
“Azərbaycan Kredit Bürosunun təşkilatçılığı ilə “Birinci Beynəlxalq Kredit Hesabatlığı Konfransı” keçirilir”. SİA-nın verdiyi məlumata görə, “Kredit Bürolarının Gələcəyi” mövzusuna həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Kredit Bürosu (AKB), banklar və beynəlxalq kredit bürolarının rəhbərləri və beynəlxalq ekspertlər iştirak edir: “Kredit qərarlarının verilməsi zamanı kredit hesabatlığının və skorinqin rolu, risklərin idarə edilməsi və səmərəli idarəetmənin təmin edilməsi məqsədilə təklif edilən həllər, süni intellekt, böyük verilənlər bazası (big data) idarəetməsi və rəqəmsal transformasiya kimi aktual məsələlər müzakirə olunur. Konfransda Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyasına (ACIPE) üzv olan…
Daha çoxAzərbaycan XİN Lüksemburqun Milli Gününü təbrik edib
2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır. Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan. Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
Daha çoxRusiyanın atdığı raket müğənninin evinə düşdü
Rusiyanın atdığı raket müğənninin evinə düşdü
Daha çoxCulfadakı meyvə bağında fitosanitar monitorinq aparılıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə bitkiçilik təsərrüfatlarında fitosanitar monitorinqləri davam etdirir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə birgə Culfa rayonu ərazisində yerləşən ümumi sahəsi 314 hektar olan qarışıq meyvə bağında (üzüm, alma, badam, gilas, digər tumlu-çəyirdəkli meyvələr) fitosanitar monitorinq aparılıb. Monitorinq zamanı zərərvericilərin erkən aşkarlanması məqsədilə feromon tələlər quraşdırılıb. Qeyd edək ki, bağda istehsal olunan üzüm məhsulu Rusiya Federasiyasına və Birləşmiş…
Daha çox