İyunun23-ə keçən gecə Rusiya silahlı qüvvələri Ukraynanın paytaxtı Kiyevə hava hücumu edib. SİA xəbər verir ki, gecə saatlarından Kiyevdə partlayış səsləri eşidilməyə başıayıb və hava hücumundan müdafiə sistemi işə düşüb. Rusiya ordusu Ukraynaya zərbə dronları, həmçinin qanadlı və ballistik raketlərlə hücum edib. Hava hücumunun əsas hədəfləri Kiyev şəhəri olub. Paytaxtda yaşayış və inzibati binalara çoxlu ziyan dəyib. Metronun “Svyatoşın” stansiyasının infrastrukturuna ziyan dəyib. Kiyev şəhər meri Vitali Kliçko Teleqram səhifəsində məlumat yayıb ki, paytaxtın Şevçenko rayonunda dağılmış binada 5 nəfər həlak olub. “Şəhərdə 19 zərərçəkən var. Onlardan 8-i şəhər xəstəxanalarındadır.…
Daha çoxDay: June 23, 2025
Valyutaların bugünə olan MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. SİA xəbər verir ki, avronun məzənnəsi 0,27 % azalaraq 1,9536 manat, 100 Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 2,1656 manat təşkil edib. Valyuta Məzənnə 1 ABŞ dolları 1,7000 1 Avro 1,9536 100 Rusiya rublu 2,1656 1 Avstraliya dolları 1,0889 1…
Daha çox23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
Bu gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilir. SİA xəbər verir ki, 23 iyun dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq, həmin tarix Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü kimi elan edilib. Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda xidmətləri…
Daha çoxRusiyanın Kiyevə hücumu nəticəsində beş nəfər həlak olub
Rusiya Kiyev şəhəri və vilayətinə raket, pilotsuz uçuş aparatları ilə kütləvi zərbə endirib. SİA Ukrayna mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində 5 nəfər həlak olub, 18 nəfər yaralanıb, paytaxtın Şevçenkovski rayonunda çoxmərtəbəli binanın girişi dağıdılıb. Belə ki, iyunun 23-nə keçən gecə Kiyev və ətraf ərazilərə raket və pilotsuz uçuş aparatları ilə kütləvi zərbə endirilib. Paytaxtda ən çox Şevçenkovski rayonuna ziyan dəyib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Kiyevdə dörd nəfər həlak olub, on nəfər yaralanıb. Kiyev vilayətində bir nəfər həlak olub. Zədələnmiş binaların təmizlənməsi zamanı xəsarət alan iki xilasedici də…
Daha çoxNetanyahudan qalibiyyət mesajı
Netanyahudan qalibiyyət mesajı
Daha çox"Şahid"lər Kiyevə zərbələr endirir
“Şahid”lər Kiyevə zərbələr endirir
Daha çoxBakının bəzi yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Daha çoxTramp İrana hücumdan yazdı
ABŞ Prezidenti Donald Tramp ABŞ silahlı qüvvələrinin zərbələri nəticəsində İranın nüvə obyektlərinin kütləvi şəkildə məhv edildiyini açıqlayıb. SİA xəbər verir ki, bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb. “İrandakı Nüvə obyektlərinə dəyən ziyanın “monumental” olduğu deyilir. Vuruşlar sərt və dəqiq idi. Hərbçilərimiz böyük məharət göstərdilər. Təşəkkür edirəm!”, – Tramp konkret obyektləri və ya zərərin həcmini açıqlamadan bildirib.
Daha çoxŞəxsi həyat istənilən alqoritmdən daha üstündür
Roma Papası XIV Leo süni intellektin mümkün təsirləri barədə xəbərdarlıq edib. SİA xəbər verir ki, pontifik süni intellektin statik yaddaşının heç bir halda kreativ və dinamik insan yaddaşı kimi güclü ola bilməyəcəyini vurğulayıb. Papa həmçinin, balanslaşdırılmış, sağlam və gələcək nəsillər üçün faydalı olacaq həyat tərzi seçilməsini tövsiyə edib. “Xüsusi olaraq, unutmaq lazım deyil ki, süni intellekt bəşər övladının xidmətində olan vasitə kimi istifadə edilməlidir. Onun rolunu azaldacaq və ya onu əvəzləyəcək vasitə kimi deyil. Şəxsi həyat istənilən alqoritmdən daha üstündür. Sosial münasibətlərin inkişafı daha geniş sahəni əhatə edir və ruhsuz…
Daha çoxKülək, leysan, dolu… – Bu günün hava proqnozu
Külək, leysan, dolu… – Bu günün hava proqnozu
Daha çox