Böyük Britaniya hökuməti İsraildən çıxmaq istəyən britaniyalılar üçün çarter reysi təşkil edir. SİA BBC-yə istinadla xəbər verir ki, Britaniya vətəndaşlarına onlayn forma vasitəsilə uçuşla bağlı maraqlarını bildirmək tövsiyə olunub. Bu qərar ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirməsi və İsrail-İran arasında gərginliyin artması fonunda elan edilib. İsrail hava məkanı 13 iyun tarixində bağlanıb. Xarici İşlər Nazirliyindən bildirilib ki, əlavə uçuşlar təhlükəsizlik vəziyyəti və tələb əsasında nəzərdən keçiriləcək. Regionda vəziyyətin tez-tez dəyişməsi səbəbindən uçuş imkanları qısa müddətdə dəyişə bilər. Britaniya vətəndaşları və onlarla birlikdə səyahət edən qeyri-britaniyalı ailə üzvləri bu xüsusi reys…
Daha çoxDay: June 23, 2025
Norveç Ukraynaya 400 milyon dollar ayırır
Norveç Ukrayna hərbi sənaye kompleksinə 400 milyon dollar ayırır. SİA xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Bu gün Norveçin müdafiə naziri Ukraynada idi. Yeni sərmayələr, ilk növbədə pilotsuz təyyarələrin istehsalı yönündə 400 milyon dolların ayrılması ilə bağlı qərar var”, – Zelenski bildirib. Həmçinin, Zelenskinin sözlərinə görə, Avropanın ən böyük müdafiə şirkətlərindən biri olan Norveçin “Kongsberg Defence & Aerospace”in ofisi artıq Ukraynada açılıb.
Daha çoxÇin ABŞ-ın İrana zərbələrini qəti şəkildə pisləyir
Çin ABŞ-ın İranın nüvə obyektlərinə hücumunu pisləyir və atəşkəsə çağırış edir. SİA xəbər verir ki, bu barədə Çinin BMT-dəki nümayəndəsi Fu Conq Təhlükəsizlik Şurasının fövqəladə iclasında bildirib. O bildirib ki, Çin, Rusiya və Pakistan tərəfləri “dərhal və qeyd-şərtsiz atəşkəsə, mülki şəxslərin müdafiəsinə, beynəlxalq hüquqa hörmət edilməsinə, dialoq və danışıqlara başlamağa dəvət edən” qətnamə layihəsi təklif edib. Fu Conq ABŞ-ı BMT Nizamnaməsini, beynəlxalq hüququ, eləcə də İranın suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü pozmaqda ittiham edib, eyni zamanda Yaxın Şərqdə gərginliyi artırmaqda və beynəlxalq nüvə silahlarının yayılmaması rejiminə ağır zərbə vurmaqda ittiham…
Daha çoxİran yenidən İsraili raket atəşinə tutdu
İsrail Müdafiə Qüvvələri (IDF) İran ərazisindən raketlərin buraxılmasını təsdiqləyib və onları ələ keçirməyə başlayıb. SİA xəbər verir ki, bu barədə hərbi idarənin mətbuat xidməti məlumat yayıb. Təl-Əviv və ölkənin mərkəzi ərazilərində mülki müdafiə sirenləri işə salınıb. Sakinlərə dərhal qoruyucu tikililərə sığınmaq tövsiyə olunur.
Daha çoxRusiyalı valideynlər də 15 yaşdan kiçik uşaqlar üçün qadağa istəyirlər…
…Rusiyada hər ikinci valideyn uşaq və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması ideyasını bəyənir. Çox vaxt bu nöqteyi-nəzərdən 35 yaşdan yuxarı ruslar çıxış edirlər. SİA-nın məlumatına görə, Fransa, İspaniya və Yunanıstanda rəqəmsal siyasət nazirləri 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edən qanun layihəsi hazırlayıblar. SuperJob iş axtarışı xidmətinin analitikləri yeni araşdırma aparıblar və bu araşdırma zamanı Rusiya sakinlərinin öz ölkələrində oxşar qadağaya necə reaksiya verəcəyini öyrəniblər. Məlum olub ki, respondentlərin 46 faizi təşəbbüsü dəstəkləyib. Respondentlərin üçdə biri uşaqlar üçün sosial şəbəkələrin qadağan edilməsinin əleyhinədir və hər dördüncü (23…
Daha çoxDəməşqdə kilsədə baş verən partlayış nəticəsində 13 nəfər ölüb
Dəməşqin şərqindəki Duveyla bölgəsindəki kilsəsində partlayış baş verib. SİA xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, partlayış terror aktı nəticəsində baş verib. İlkin məlumata görə, partlayış nəticəsində 13 nəfər ölüb, 53 nəfər yaralanıb. Partlayış kilsəyə böyük ziyan vurub, təhlükəsizlik qüvvələri hadisə yerində geniş ehtiyat tədbirləri görüb. Partlayışla bağlı araşdırmalara başlanılıb.
Daha çox"Bitcoin" kəskin ucuzlaşdı
“Bitcoin” kəskin ucuzlaşdı
Daha çoxİsveçrə Suriyanın Mərkəzi Bankına tətbiq olunan sanksiyaları ləğv edib
İsveçrə Suriya Mərkəzi Bankına tətbiq edilən sanksiyaları ləğv edib. SİA xəbər verir ki, bu barədə SANA xəbər agentliyi məlumat yayıb. Qərarı şərh edən Suriya Mərkəzi Bankının direktoru Əbdülqadir əl-Husriyyə bu addımı iki ölkə arasında maliyyə və ticarət sahələrində əlaqələrin bərpası istiqamətində mühüm və müsbət inkişaf adlandırıb. Direktor əlavə edib ki, əvvəllər Suriya Mərkəzi Bankının bir sıra İsveçrə bankları ilə sıx əlaqələri olub və o, dövlət investisiyalarının idarə olunmasında, eləcə də İsveçrə tərəfi ilə ticarət və maliyyə mübadilələrinin dəstəklənməsində əsas rol oynayıb. Bununla da qarşılıqlı etimad möhkəmlənib və iqtisadi əlaqələrin sabitliyi…
Daha çoxÜzən şəhərlər yer üzünü daşqınlardan xilas edə bilərdi..?
Dünyada iki üzən şəhər layihəsi sınaqdan keçirilir… …Dünyada iki üzən şəhər layihəsi sınaqdan keçirilir. Layihələr vacibdir, çünki dəniz səviyyəsi yüksəlir və getdikcə daha çox torpaq su altında qalır. Bu yaxınlarda elmi fantastika kimi görünən şey tezliklə zərurətə çevrilə bilər. SİA-nın məlumatına görə, bir layihə Oceanix adlanır və BMT-nin dəstəyi ilə həyata keçirilir. Layihə modul tipli üzən qəsəbələr sistemidir. Onlar günəş enerjisi, duzsuzlaşdırma qurğuları və şaquli təsərrüfatlardan istifadə edərək tamamilə özünü təmin etmək üçün nəzərdə tutulub. İlk prototip OCEANIX Busan adlanır, o, 10.000 nəfəri yerləşdirmək üçün…
Daha çoxRusiyalı keşiş hipermarketləri bağlamağa çağırır…
…demoqrafik səbəblərə görə Bu dəfə işə lap baş keşiş özü qarışıb. Belə ki, rusiyalı protoreys Maksim Minyailo Rusiyada demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün bazar günləri hipermarketləri bağlamağa çağırıb. SİA-nın məlumatına görə, onun sözlərini URA.ru sitat gətirir. …İnsan bazar ertəsindən cümə gününə qədər işləyir, sonra pul qazanmaq istəyən sən onu arabalarla bu mərtəbələrdə gəzdirirsən. Son gücünü də bu mağazada qoyur. …Sevgi hara, ailə hara, uşaqlar hara? Bunu keşiş soruşur. Minyailo qeyd edib ki, bu gün insanlar təkcə maddi nemətlərin deyil, həm də bərpa imkanlarının – həm fiziki,…
Daha çox