Culfadakı meyvə bağında fitosanitar monitorinq aparılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə bitkiçilik təsərrüfatlarında fitosanitar monitorinqləri davam etdirir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə birgə Culfa rayonu ərazisində yerləşən ümumi sahəsi 314 hektar olan qarışıq meyvə bağında (üzüm, alma, badam, gilas, digər tumlu-çəyirdəkli meyvələr) fitosanitar monitorinq aparılıb. Monitorinq zamanı zərərvericilərin erkən aşkarlanması məqsədilə feromon tələlər quraşdırılıb. Qeyd edək ki, bağda istehsal olunan üzüm məhsulu Rusiya Federasiyasına və Birləşmiş…

Daha çox

“Bank sektorunun davamlı inkişafını təmin oluna bilər”

“Bank sektoru üçün əsas məsələlərdən biri makroiqtisadi sabitliyin qorunması və kredit fəaliyyətinin sağlam idarə olunmasıdır. Bu çərçivədə, kredit bazarlarında fəaliyyət göstərən iştirakçıların riskə qarşı dayanıqlı mexanizmlərlə təchiz olunması xüsusi əhəmiyyət kəsb edir”. SİA-nın verdiyi məlumata görə, bu sözləri konfrans zamanı açıqlamasında Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Toğrul Əliyev deyib. Onun sözlərinə görə, hazırda tənzimləyici orqanlar, xüsusilə mərkəzi banklar tərəfindən bankların kapital dayanıqlığı, likvidlik göstəriciləri və risk modellərinin səmərəliliyi üzrə stres-testlər həyata keçirilir: “Bu testlər bankların gözlənilməz şoklara qarşı davamlılığını qiymətləndirmək və onların risk idarəetmə strategiyalarını gücləndirmək məqsədi daşıyır. Eyni…

Daha çox

QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı fətva verib. SİA xəbər verir ki, QMİ-nin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bu barədə məlumat yayıb. Nəzərə çatdırılıb ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir. Qeyd edilib ki, son illər Məhərrəmlik dönəmində dindarları İslama yad olan əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri – Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi…

Daha çox

“Kredit büroları və mərkəzi bankların rolu artıb”

“Son illərdə beynəlxalq maliyyə sistemində baş verən dəyişikliklər, o cümlədən pandemiya, geosiyasi qeyri-sabitlik və rəqəmsal texnologiyaların sürətli inkişafı kredit və bank sektorunda yeni çağırışlar yaradıb. Bu çətinliklər fonunda ölkələrin kredit büroları və mərkəzi banklarının rolu daha da artıb”. SİA xəbər verir ki, bu sözləri konfrans zamanı açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının prezidenti, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Zakir Nuriyev deyib. Onun sözlərinə görə, Azərbaycan bu baxımdan istisna deyil: “Mərkəzi Bankın və Kredit Bürosunun aktiv iştirakı ilə ölkədə kreditlərin şəffaflığı artırılmış, risklərin idarə olunması təkmilləşdirilmiş və maliyyə intizamı gücləndirilmişdir: “Kredit bürosunun yaradılması bu…

Daha çox

İki neft tankeri geri döndü

ABŞ-ın İranın nüvə obyektlərinə hava hücumu təşkil etməsindən sonra Hörmüz boğazında təhlükəsizlik narahatlıqları artıb. SİA xəbər verir ki, gərginliyin təsirləri artıq ticarət gəmiçiliyinə də əks olunmağa başlayıb. Bloomberg agentliyinin gəmi izləmə məlumatlarına əsasən Cosvisdom Lake və South Loyalty adlı 2 neft tankeri bazar günü Hörmüz boğazına daxil olduqdan sonra qəfil istiqamətini dəyişərək geri dönüb. Hər iki boş tanker Bəsrə körfəzinin girişindən cənuba doğru hərəkət edib. Qeyd olunur ki, bu gəmilər təxminən 2 milyon barel xam neft daşıma qabiliyyətinə malikdir və onların geri dönməsi ABŞ-İran qarşıdurması fonunda tankerlərin marşrutlarını dəyişməyə başladığının…

Daha çox

“Boşanmalar nə övlad üstündə, nə namus üstündə baş verir”

“Ailə büdcəsinin idarə edilməsi əslində ailə münasibətlərinə ən böyük istiqamətlərdən biridir. Subay insanın özünü dolandırmaq üçün qazancı yetərlidir, amma kimsə ailə məsuliyyətini dərk edib nikaha daxil olubsa, nəzərə almalıdır ki, ailə 2-3-4 nəfərdən ibarət ola bilər. Yaşlandıqca baba, nənə, qohum-əqrəbaya da kömək etmək lazımdır. Ona görə də, ailə həm də çox böyük iqtisadi modeldir”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. O bildirib ki, yaxşı olar ki, ailənin…

Daha çox

“Bank və kredit sektorunda məlumatın önəmi və ideoloji yanaşmalar önəmlidir”

“Məlumatın düzgünlüyü və mənbə etibarlılığı bank sektorunda strateji əhəmiyyət daşıyır. Bu gün cəmiyyət arasında yayılan qeyri-rəsmi və ya təsdiqlənməmiş məlumatlar, xüsusilə sosial media platformalarında – məsələn, “YouTube” üzərindən paylaşan fərdi şəxslərin təsiri – bəzən maliyyə bazarlarına, o cümlədən səhmlər və valyuta bazarlarına mənfi təsir göstərə bilir. Belə hallarda düzgün məlumatlandırma və rəsmi açıqlamaların vaxtında verilməsi bazar iştirakçıları üçün həyati önəm daşıyır”. SİA-nın verdiyi məlumata görə, bu sözləri konfrans zamanı Avrasiya Kredit İnformasiya Təchizatçıları Assosiasiyasının İdarə Heyətinin Sədri Qazaxıstanın First Credit Bureau (FCBK) şirkətinin Baş İcraçı Direktoru Ruslan Omarov deyib. Onun…

Daha çox