Şuşanın ECO-nun turizm paytaxtı elan edilməsi ilə bağlı təkliflər hazırlanacaq

Bir sıra dövlət qurumları “Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazıralayacaq. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Belə ki, Dövlət Turizm Agentliyi Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla sözügedən məsələ ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Daha çox

İsrail İranın altı hava limanına zərbələr endirib

İsrailin Hərbi Hava Qüvvələri İranın qərb, şərq və mərkəzi hissəsindəki altı hava limanına zərbələr endirib. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb. “İsrail ordusu İran üzərində hava üstünlüyünü gücləndirmək səyləri istiqamətində ölkənin qərb, şərq və mərkəzi hissəsində altı hava limanına hücum edib. Zərbələr uçuş-enmə zolaqlarına, yeraltı obyektlərə və yanacaq dolduran təyyarəyə zərər vurub. Pilotsuz uçuş aparatları İrana məxsus 15 döyüş təyyarəsini və helikopterini məhv edib”, – deyə məlumatda bildirilir. Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı…

Daha çox

Faktiki hava açıqlanıb

Azərbaycanın bəzi rayonlarında iyunun 23-ü saat 11:00-a olan məlumata əsasən yağıntılı və küləkli hava şəraiti davam edir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 30, Zaqatalada 9, Kişçayda (Şəki) 8, Balakəndə 5, Astara, Tovuz və Qusarda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Oğuz, Qəbələ, Quba, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Şahbuz, Daşkəsən, Gədəbəy, Lənkəran, Göygöl, Şəmkir, Gəncə, Tərtər, Naftalan, Xaltan və Xınalıqda 1 mm-dir. Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 23, Naftalanda 18 m/s-dək güclənir.…

Daha çox

İlham Əliyev Yevlaxda qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib. SİA xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi barədə məlumat verdi. Bildirildi ki, bu layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 70 min sakinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən Yevlax şəhərində məhsuldarlığı 20 min kubmetr olan içməli sutəmizləyici qurğu, 139 kilometr içməli su şəbəkəsi, 13 minə yaxın abonent birləşməsi, 115 kilometr tullantı su…

Daha çox

“Silahlı Qüvvələrimizlə haqlı olaraq qürur duyuruq”

“Azərbaycan Ordusunun nizami ordu kimi formalaşdırılması və vahid komandanlığa tabe etdirilməsi böyük dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. O bildirib ki, sonrakı mərhələdə isə ordumuzun kompleks şəkildə inkişafı, hərbi texnika və təchizatının gücləndirilməsi, yüksək peşəkarlığa malik zabitlərin və şəxsi heyətin formalaşdırılması Azərbaycan dövlətinin mühüm nailiyyətlərindəndir: “Bütün bu uğurlar, ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin nəticəsidir. Məhz bu səbəbdən Azərbaycan Ordusu tarixinin hər yeni səhifəsini şərəflə yazmaq gücünə və imkanına malikdir. Ordumuz 44 günlük Vətən müharibəsində tariximizin ən şanlı səhifələrindən…

Daha çox

İran ilk dəfə “Xeybər” raketindən istifadə etdi

ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumundan sonra Tehran administrasiyası İsrailə qarşı yeni cavab hücumu həyata keçirib. SİA xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, Tehran ilk dəfə üçüncü nəsil çoxbaşlı “Xeybər” ballistik raketindən istifadə edib. Məlumata görə, hücum zamanı İsrailin Ben Qurion hava limanı, bioloji tədqiqat mərkəzi, alternativ komanda və idarəetmə mərkəzləri hədəf alınıb. İranın hücumlarında paytaxt Təl-Əviv və Hayfa başda olmaqla çox sayda bölgəyə ciddi ziyan dəyib. Ən azı 80 nəfər yaralanıb. Təl-Əviv meri Ron Huldai zərərin böyük olduğunu bildirib. Hava məkanı da uçuşlar üçün…

Daha çox

Azərbaycan nümayəndə heyəti 30-cu Şanxay Televiziya Festivalında iştirak edib

Azərbaycan nümayəndə heyəti Çinin Şanxay 30-cu Şanxay Televiziya Festivalının açılış mərasimində iştirak edib. SİA xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib. Qeyd edilib ki,festivalın əsas məqsədi televiziya sənayesində yüksək keyfiyyətli məhsulların tanıdılması və qlobal media gündəmini formalaşdıran məsələlərin müzakirəsidir. Tədbir çərçivəsində MEDİA İcraçı direktoru Əhməd İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyətinin Şanxay Media Qrupunun baş direktoru və baş redaktoru Fan Şicon ilə görüşü baş tutub. Görüş zamanı Əhməd İsmayılov qeyd edib ki, media sahəsində tərəfdaşlığın gücləndirilməsi və əməkdaşlığın təşviqi sürətlə dəyişən qlobal informasiya mühitində hər iki ölkə…

Daha çox