Xamneyi Putinə məktub göndərib…
Daha çoxDay: June 23, 2025
ABŞ sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
“American Airlines” aviaşirkətinə məxsus və Yeni Dehli — Nyu-York marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. SİA bu barədə hava limanına istinadən xəbər verir. Məlumata görə, buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub. “Boeing 787-9 Dreamliner” tipli təyyarə yerli vaxtla saat 02:30-da Bakı hava limanına uğurla eniş edib. Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruri tibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarət davam etdirilir. Zəruri prosedurlar başa çatdıqdan sonra hava gəmisinin uçuşu davam etdirilib və saat 10:31-də…
Daha çoxİlham Əliyev Yevlaxda Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlaxda “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib. SİA xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına Mərkəz barədə məlumat verib. Bildirildi ki, İdarəetmə Mərkəzi vasitəsilə kənd təsərrüfatı sahələrinin, dövlət əhəmiyyətli strateji obyektlərin, iaşə və xidmət obyektlərinin, xüsusən də əhalinin elektrik enerjisi təchizatında fasiləsizliyin, dayanaqlılığın və səmərəli idarəetmənin təmin olunması həyata keçiriləcək. Burada 35/10 kV-luq hər birinin gücü 6,3 MVA olan iki güc transformatoru, müasir avadanlıqlarla təchiz olunmuş 35 və 10 kV-luq qapalı paylayıcı qurğular quraşdırılıb. Mərkəzin…
Daha çox“Savaşın qısa müddətdə sona çatmasına ciddi ehtiyac var”
“İsrail-İran münaqişəsi bölgədə gərginliyi artırır və bu savaşın qısa müddətdə sona çatmasına ciddi ehtiyac var”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, artıq bir çox beynəlxalq güc mərkəzləri tərəfindən də gərginliyin azaldılması üçün diplomatik tonların sərtləşdiyi müşahidə olunur: “Dünən BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr də bu istiqamətdə atılan addımların bir hissəsi kimi dəyərləndirilə bilər. Şübhəsiz ki, İranın müttəfiqlərinin bu prosesdə rolu mühümdür. Məhz bu səbəbdən İranın xarici işlər naziri bu gün Rusiyaya səfər edib. Bu səfər zamanı Rusiyanın münaqişəyə dair mövqeyi və mümkün diplomatik istiqamətləri müəyyən…
Daha çoxİsrail İrandakı məşhur Evin həbsxanasını vurdu
İsrail bu gün İranın paytaxtı Tehranda bir neçə əsas hədəfə zərbələr endirib. SİA xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saarın təsdiq etdiyi kimi, hədəflər arasında Bəsic yarımhərbi təşkilatının qərargahı, Evin həbsxanası və İranın İsrailə qarşı mövqeyini simvolizə edən “İsrailin Məhv Saatı” kimi tanınan saytın ofisi yer alıb. “Biz İrana dönə-dönə xəbərdarlıq etmişik: mülki əhalini atəşə tutmağı dayandırın! Onlar bu səhər də daxil olmaqla davam etdi. Cavabımız: Yaşasın azadlıq!”, – Gideon Saar X sosial şəbəkəsində yazıb.
Daha çoxGənc ailələrə valideynlərin müdaxiləsi düzgündür?
“Ailə tərbiyəsi görmüş bir ailədə yaranan hər hansı bir problem, adətən valideynlə əlaqələndirilmir. Əgər bu günə qədər mənim ayaqda durmağıma səbəb olan valideynlərim olublarsa, bu o deməkdir ki, onlar düzgün ailə tərbiyəsi veriblər. Bu səbəbdən də həmin ailədə baş verən probləmlərin səbəbini valideyndə axtarmaq doğru deyil”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib. Onun sözlərinə görə, 18 yaşında olan gənclər ailə qurmağa meyilli olurlar. Bunu bütün gənclərə aid etməsək də, bir çox hallarda belə olur. Belə vəziyyətlərdə böyüklərin müdaxiləsi vacibdir. Çünki evləndikdən sonra ilk üç ay ərzində gənclər arasında…
Daha çoxPrezident İlham Əliyev Yevlax pilot aqroparkının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax pilot aqroparkının açılışında iştirak edib. SİA xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov aqropark barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, ümumi sahəsi 2.807 hektar, illik istehsal gücü 20 min tondan çox qarışıq meyvə, 20 milyon ədəd damazlıq yumurta və 1 milyon ədəd ting olan bu aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət aqroparkıdır. Aqropark İqtisadiyyat Nazirliyinin “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” layihəsi çərçivəsində yaradılıb. Rezidentlər aqroparkda dövlət vəsaiti hesabına zəruri infrastrukturla – su, enerji, qaz…
Daha çoxBeynəlxalq təşkilatlar haqq işimizi müdafiə edir
Son zamanlar beynəlxalq təşkilatlar Ermənistandan fərqli olaraq haqq işimizi müdafiə etməkdədir. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 2024-cü il mayın 4-5-də Qambiyanın Bancul şəhərində keçirilmiş zirvə görüşündə təşkilatın üzvü olan 57 dövlət Ermənistandan zorla qovulmuş azərbaycanlıların taleyindən narahatlığını bildirib və onların öz doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına dəstək ifadə edib. Bundan əlavə, 2025-ci il fevralın 18-20-də Asiya Parlament Assambleyası, aprelin 7-də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi rəsmi sənədlərində Qərbi Azərbaycan qaçqınlarının geriyə qayıdış hüququna öz dəstəyini bildirib. SİA xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin…
Daha çoxSabaha olan hava proqnozu AÇIQLANDI
Sabaha olan hava proqnozu AÇIQLANDI
Daha çoxAnlaşma Memorandumu imzalayıb
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və “Black Locust Capital Financing Broker” (BLC) şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. SİA AZPROMO-ya istinadən xəbər verir ki, sənəddə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artırılması, strateji tərəfdaşların cəlb edilməsi sahələrində əməkdaşlıq nəzərdə tutulur. AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və BLC-nin direktoru Şahrux Xan arasında görüş keçirilib. Görüş zamanı Azərbaycana cəlb olunan birbaşa xarici investisiyalar, ölkəmizin əlverişli investisiya iqlimi və biznes imkanları haqqında məlumat verilib, əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Qeyd edək ki, “Black Locust Capital Financing Broker” MMC investisiya konsaltinqi, maliyyə strategiyalarının hazırlanması…
Daha çox