Serbiya silah-sursat ixracını dayandırıb


Serbiyadan silah-sursat ixracı tamamilə dayandırılıb.

SİA xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının geniş iclasında bildirib.

O qeyd edib ki, hazırda istehsal olunan silah-sursat kazarmalara və ehtiyat anbarlara yığılır. Prezident yeni doktrinaya görə, Serbiya Ordusunun müqayisə edilməyəcək dərəcədə güclü olacağını bildirib: “Rəqəmsal hərbi platformanın formalaşdırılması ilə bağlı qərar qəbul edilib. Bu proqramın həyata keçirilməsi 4-5 il çəkəcək. Ordunun modernləşdirilməsi baxımından ötən 10 ildə, xüsusən də son bir ildə çox iş görülüb. Bizim tezliklə güclü pilotsuz uçuş aparatlarımız olacaq”.

Aleksandar Vuçiç sentyabrın 19-da və ya 20-də Serbiya Ordusunun paradının təşkil ediləcəyini deyib. Bildirib ki, parada azı 10 min əsgər qatılacaq və bu, ölkə tarixində ən böyük parad olacaq.

Əlaqəli Xəbərlər