Naxçıvan şəhərindəki DOST Mərkəzinin tikinti işlərinin 95 faizi yekunlaşıb


Naxçıvan şəhərində tikilən DOST Mərkəzinin tikintisi işlərinin 95 faizi artıq tamamlanıb. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, layihəyə 2023-2025-ci illər üzrə 2 milyon 128 min 616 manat vəsait ayrılıb. Bunun da 1 milyon 901 min 268 manatı xərclənib.

Muxtar respublikada DOST filiallarının 2025-2026-cı illər ərzində əsaslı təmir olunaraq mərhələli şəkildə fəaliyyətə başlaması da nəzərdə tutulur. Qeyd edilən binaların təmirinə 2025-ci il üçün 2 milyon manat vəsait ayrılıb və artıq işlərə start verilib.

Əlaqəli Xəbərlər