Yenə də Donald Trampın səssiz razılığı gözlənilir..?





İki ölkə Ukraynaya kontingentin göndərilməsi məsələsini ölü nöqtədən çıxarmağa hazırdır…



…ABŞ-ın Ukraynaya xarici sülhməramlı kontingentin göndərilməsi ideyasına görünən dəstəyin olmamasına baxmayaraq, Avropada Ukraynaya müstəqil hərbi kontingent göndərməyə hazır olan ölkələr var.

SİA-nın əldə etdiyi məlumata görə, zn.ua-nın beynəlxalq siyasət departamentinin müşahidəçisi Vladimir Kravçenko bunu mənbələrə istinadən yazır.

Ukrayna hökumət rəsmilərindən birinin qeyd etdiyi kimi, müəyyən tərəfdaşlar bu istiqamətdə hərəkətini davam etdirmək istəyirlər, lakin ən azı ABŞ prezidenti Donald Trampın səssiz razılığını gözləyirlər.

Öz növbəsində, Ukraynanın keçmiş xarici işlər naziri Vadim Pristayko şərhində qeyd edib ki, qoşunların göndərilməsi ideyasından imtina etmək olmaz, çünki ən azı Fransa kontingent məsələsində çox maraqlıdır.

Jurnalistlərin digər mənbəsi də Parisin marağından danışıb.

O qeyd edib ki, hazırda Fransanın bu planı həyata keçirmək üçün kifayət qədər pulu yoxdur, lakin Almaniya vəsait ayırmağa hazır olduğunu bildirib.

Bununla belə, əsas sual missiyanın formatı olaraq qalır, çünki Ukraynaya çəkindirici qüvvə yox, atəşkəs pozulacağı təqdirdə Ukrayna bölmələri ilə birlikdə təcavüzü dəf etməyə hazır olan bir qrup qoşun lazımdır.

…Bunun üçün avropalıların şüurunda dönüşün baş verməsi lazımdır: öz təhlükəsizlikləri naminə onlar adi avropalılar arasında bəyənilməyən qərarlar qəbul etməlidirlər. Əks halda onların torpaqlarına da müharibə gələ bilər.

Bunu Kravçenko qeyd edir.

Əli Babayev

Əlaqəli Xəbərlər