Bakıda bir sıra ərazilərdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq


Sabah saat 08:00-dan iyunun 29-u saat 22:00-a qədər Bakıda bəzi ərazilərdə yol təmiri işləri aparılacaq. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, həmin ünvanlar aşağıdakılardır:

– Səbail rayonu, Badamdar şosesi (20-ci Sahə dairəsindən Şahlar Allahverdiyev küçəsinin kəsişməsinə qədər);

– Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi (Konservatoriyanın qarşısı) və Səməd Vurğun küçəsi (Türkiyə Cümhuriyyəti Səfirliyinin qarşısı);

– Binəqədi rayonu, Ziya Bünyadov prospekti (yan yol, Atatürk prospektindən – Azadlıq prospektinə qədər);

– Nərimanov rayonu, Ziya Bünyadov prospekti (yan yol Azadlıq prospektindən İbrahimpaşa Dadaşov küçəsinə qədər) və Ziya Bünyadov prospekti (Zaur Nudirəliyev küçəsindən Ağasadıq Gəraybəyli küçəsinə qədər);

– Nizami rayonu, Musa Əliyev və Oqtay Vəliyev küçələri (hissə-hissə);

– Yasamal rayonu, Akim Abbasov küçəsi (Həsən bəy Zərdabi küçəsindən Şəfayət Mehdiyev küçəsinə qədər).

Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Yollar bağlanmır.

“Xahiş edirik, hərəkətinizi əvvəlcədən planlayasınız və müvəqqəti dəyişiklikləri nəzərə alasınız”, – deyə agentlik bəyan edib.

Əlaqəli Xəbərlər