Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti xanım Nataşa Pirts Musara təbrik məktubu göndərib. SİA xəbər verir ki, məktubda deyilir:
“Hörmətli xanım Prezident,
Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Sloveniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.