Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi baş tutub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı keçirilib. Açılış mərasimində İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq və “AzərEnerji” ASC-nin nümayəndələri iştirak ediblər. Tədbirdə layihənin ölkənin enerji təhlükəsizliyi və iqtisadi inkişafına mühüm töhfəsi vurğulanıb. Kapital Bank bu əhəmiyyətli modernizasiya layihəsinin əsas maliyyə tərəfdaşlarından biri kimi çıxış edib. 2024-cü ilin yanvar ayında Kapital Bank və Azərenerji ASC arasında imzalanan maliyyələşmə müqaviləsi çərçivəsində Mingəçevir şəhərində…

Daha çox

Mürsəl İbrahimova “general-mayor” rütbəsi verilib

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb. SİA xəbər verir ki, dövlət başçısının imzaladığı digər Sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl Qorxmaz oğlu İbrahimova da “general-mayor” ali hərbi rütbəsi verilib.

Daha çox

İran AEBA ilə əməkdaşlığı dayandırır

İran parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığın müvəqqəti dayandırılmasına dair qanun layihəsini təsdiq edib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İran parlamentinin nümayəndəsi Alireza Salimi açıqlayıb. Bildirilib ki, İranın nüvə obyektlərinin təhlükəsizliyi təmin edilməyənə qədər AEBA müfəttişlərinin ölkəyə daxil olması qadağan ediləcək.

Daha çox

Bakı metropoliteni yay hərəkət qrafikinə keçib

Tədris ilinin yekunlaşması, yay mövsümünün başlanması və nəticədə sərnişin axınının azalması ilə əlaqədar “Bakı Metropoliteni” QSC tərəfindən qatarların hərəkət qrafikinə dəyişiklik edilib. SİA xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”ndən məlumat verilib. Bildirilib ki, yay qrafikinə əsasən metropolitendə qatarların hərəkəti iş və qeyri-iş günlərində iki fərqli cədvəllə tənzimlənir. İş günlərində “28 May-Əhmədli” sahəsində və əks istiqamətdə saat 07:00-10:00 və 17:00-21:00-da qatarlar arasında interval 2,5 dəqiqə təşkil edir. Günün digər saatlarında qatarlar 3 dəqiqəlik intervalla hərəkət edir. Şənbə və bazar günlərinin cədvəlinə əsasən isə həmin istiqamətlərdə saat 06:00-dan 22:00-a qədər qatarlararası…

Daha çox

Azərbaycanın namizədi yenidən BMT-nin Əməkçi Miqrantlar Komitəsinin üzvü seçilib

Nyu Yorkda BMT-nin Baş Qərargahında “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiya”ya Tərəf Dövlətlərin 12-ci iclası keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən verilən məlumata görə, daimi nümayəndə Tofiq Musayev Konvensiyaya Tərəf Dövlətlər tərəfindən adıçəkilən iclasın sədri seçilib. İclas çərçivəsində BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Komitəsinin 2026-2029-cu illər üzrə üzvlüyünə 2025-ci il dekabrın 31-dən sonra vakant olacaq 7 yer üçün seçkilər baş tutub. Seçkilərdə Azərbaycan Respublikasının namizədi Azad Tağı-zadə ilə yanaşı, Albaniya, Bosniya və Herseqovina,…

Daha çox

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı 2701 nəfərə çatıb

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı 2701 nəfərə çatıb. SİA xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov iyunun 25-də Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən qurumun Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin andiçmə mərasimində deyib. Onun sözlərinə görə, 2018-ci ildən bu günədək vəkilliyə qəbul üzrə ümumilikdə 14 test imtahanı təşkil olunub: “Bu müddət ərzində imtahanlarda iştirak edən 6070 namizəddən 1820 nəfər uğur qazanaraq icbari təlim mərhələsini başa vurub və and içərək Vəkillər Kollegiyasının üzvü olub. Bugünkü mərasimdə isə daha 92 namizəd vəkil andı içərək quruma qəbul…

Daha çox

Aqrar Kredit və İnkişaf Agentliyi 5 ayda 43 milyon manata yaxın güzəştli kredit verib

Bu ilin yanvar-may aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 2 322 müraciət üzrə 42,8 milyon manat güzəştli kredit verib. SİA nazirliyə istinadən xəbər verir ki, bunun 35 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 7,8 milyon manatı isə digər təyinatlı kreditlərdir. Bundan başqa, 5 ay ərzində agentlik 1 376 baş damazlıq iribuynuzlu heyvanın alışına 3,6 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışına isə 49,9 milyon manat güzəşt vəsaiti ayırıb. Həmçinin hesabat dövründə ölkədə 4 340 ədəd kənd təsərrüfatı texnikası lizinqə verilib. Ümumilikdə 2005-ci ilin…

Daha çox

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb

Milli Hidrometeorologiya Xidməti çaylarda müşahidə olunan faktiki vəziyyətə dair məlumat açıqlayıb. SİA xəbər verir ki, xidmətdən bildirilib ki, avtomat hidroloji stansiyaların iyunun 25-i saat 9:00-a olan məlumatına əsasən, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 10, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 25, Həkəriçayda 3, Kür çayının aşağı axınında Kür-Zərdabda isə 7 santimetr artım qeydə alınıb. Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 44 santimetr artıb, su sərfi saniyədə 214 kubmetr olmaqla, normanın 129 faizini təşkil edir.

Daha çox

Dünya birjalarında neft bahalaşıb

Dünya birjalarında neft bahalaşıb. SİA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,02 dollar artaraq 68,16 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,03 dollar artaraq 65,4 dollar təşkil edib.

Daha çox

26 İyun – Qürurumuzun və Gücümüzün Günü

Hər millətin tarixində elə günlər var ki, onlar təkcə təqvimdə bir tarix deyil, xalqın ruhunun, dözümünün və mübarizliyinin simvoluna çevrilir. Azərbaycan xalqı üçün belə günlərdən biri də 26 İyundur – Silahlı Qüvvələr Günü. Bu tarix təkcə ordu quruculuğunun başlanğıcı deyil, eyni zamanda müstəqillik, güc və vətən sevgisinin rəmzidir. Əsrlər boyu yadelli hücumlara sinə gərmiş bu torpaq, daim qəhrəman övladları ilə fəxr etmişdir. 1918-ci ilin məhz bu günü Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk milli ordu – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Cümhuriyyətin qısa ömrünə baxmayaraq, bu ordu həm milli ruhun, həm də…

Daha çox