ABŞ prezidenti Tehranın nüvə proqramının məhv edildiyini təkid edir..? …ABŞ prezidenti Donald Tramp CNN və “New York Times”-ı kəskin tənqid edib. Nəyə görə..? Çünki onlar Amerikanın zərbələrindən sonra İranın nüvə obyektlərinin məhv edilmədiyini yazıblar. (…axı, bəlkə də..?) SİA-nın məlumatına görə, Tramp bu barədə Truth Social-da yazıb. …Fake News CNN və uduzan “New York Times” tarixin ən uğurlu hərbi zərbələrindən birini alçaltmaq üçün birləşiblər. İranın nüvə obyektləri tamamilə məhv edilib. Deməli, bunu Tramp yazıb. Amerika prezidentinin sözlərinə görə, həm “New York Times”, həm də CNN ictimaiyyət…
Daha çoxDay: June 25, 2025
Dünya bazarında qızıl və gümüş bahalaşıb
Dünya bazarında qızıl və gümüş bahalaşıb
Daha çoxDövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasına səfəri çərçivəsində iyunun 24-də Almaniya Bundestaqının Xarici siyasət Komitəsinin sədri Armin Laşetlə görüşüb. SİA xəbər verir ki, görüş zamanı dinlərarası dialoq, birgəyaşayış ənənəsinin təşviqi ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycan və Almaniya arasında bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Komitə sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini sahəyə qayğı, dini icmalara dövlət tərəfindən göstərilən dəstək və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. İrqçiliyin və ayrı-seçkiliyin qarşısının alınmasında tolerantlıq ənənələrinin…
Daha çoxBu gün Naxçıvanın bəzi hissələrində su olmayacaq
Bu gün Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq. SİA xəbər verir ki, Qaraçuq kəndi, Qaraxanbəyli kəndi , Bulqan kəndi və Azərbaycan məhəlləsinin bir hissəsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 10:00-da həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsi dayandırılacaq. İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
Daha çoxAzərbaycan nefti 8 dollara yaxın ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,96 ABŞ dolları, yaxud 9,94 % azalaraq 72,12 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 69,12 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 7,92 ABŞ dolları və ya 10,98 % azalaraq 70,8 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light”…
Daha çoxXorvatiyadakı səfirliyimizdə mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin görüşü olub
İyunun 24-də Xorvatiyadakı səfirliyimizdə Azərbaycan və Xorvatiyanın mədəniyyət və yaradıcı sənaye (MYS) təmsilçilərinin iştirakı ilə B2B (business-to-business) formatlı görüş keçirilib. SİA xəbər verir ki, Mədəniyyət Nazirliyindən bildirilib ki, tədbir iki ölkə arasında yaradıcı sənaye ilə bağlı ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə yönəlib. Görüş çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə brifinq təşkil olunub. Nazir hərtərəfli münasibətlərin inkişafı üçün əsas kimi mədəni mübadilənin vacibliyini vurğulayaraq yaradıcı sənaye, incəsənət və iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verə biləcək digər mədəniyyət sahələrində birgə layihələr üçün böyük potensialın olduğunu qeyd edib. İşgüzar görüşdə yaradıcı…
Daha çox“Məhərrəm ayı bizə keçmişdən gələn bir çağırışdır”
“Məhərrəm ayı İslam təqviminin ilk ayıdır və bu ay müsəlman aləmində xüsusi hörmətə malikdir. Bu ay yalnız təqvimin başlanğıcı deyil, həm də mənəvi bir dönüş nöqtəsidir. Allah-Təala Qurani-Kərimdə bu ayı haram aylar sırasında qeyd etmişdir, yəni bu ayda tökülən hər bir qan günahların ən böyüyü sayılır və bu ay sülhün, mərhəmətin, təqvanın simvoludur”. Bu sözləri SİA-ya açıqlamasında “Heydər” məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib. Onun sözlərinə görə, ilahiyyatçı olaraq mən həmişə deyirəm ki, Məhərrəm ayı bizə keçmişdən gələn bir çağırışdır. Bu çağırışın adı Kərbəladır.…
Daha çoxLaçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti sığortaçı seçir
Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti 6 nəqliyyat vasutəsinin könüllü (KASKO) sığortalanması üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 94 manatdır. İddiaçılar təkliflərini iyulun 15-nə qədər Xidmətin yerləşdiyi Ağcabədi rayonu, Taxta körpü ünvanına təqdim edə bilərlər. Təkliflərə iyulun 15-də, saat 17:45-də qeyd olunan ünvanda baxılacaq. Xatırladaq ki, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 26 may 2023-cü il tarixli fərmanı ilə yaradılıb.
Daha çoxUkrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Ukrayna çərşənbə gününə keçən gecə Rusiyanın Rostov vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib, ölən və yaralanan yoxdur. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Yuri Slyusar məlumat verib.
Daha çox“İnsanın şəxsiyyətini formalaşdıran əsas amil nə yalnız təbiət, nə də yalnız tərbiyədir”
“”İnsanın xarakterini formalaşdıran əsas amil nədir – təbiət, yoxsa tərbiyə?” sualı əsrlər boyu fəlsəfə və psixologiya tarixində müzakirə olunan əsas mövzulardan biri olub. Məşhur “nature vs. nurture” (təbiət və ya tərbiyə) mübahisəsi bu gün də aktuallığını qoruyur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib. O bildirib ki, insan xarakteri yəni onun emosional reaksiyaları, davranış tərzi, dəyərləri və qərarvermə üsulu həm genetik (təbiət), həm də mühit və sosial öyrənmə (tərbiyə) faktorlarının qarşılıqlı təsiri nəticəsində formalaşır: “Təbiət anlayışı insanın doğuşdan gətirdiyi genetik xüsusiyyətləri, temperamentini, nevroloji strukturlarını…
Daha çox