Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. SİA xəbər verir ki, avronun məzənnəsi 0,06 % artaraq 1,9741 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,38 % artaraq 2,1739 manat təşkil edib. Valyuta Məzənnə 1 ABŞ dolları 1,7000 1 Avro 1,9741 100 Rusiya rublu 2,1739 1 Avstraliya dolları 1,1047 …

Daha çox

Bakıda Qvadelup adasının dekolonizasiyası ilə bağlı beynəlxalq konfrans keçirilir

Bakıda Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfrans keçirilir. SİA xəbər verir ki, tədbir Bakı Təşəbbüs Qrupu (BTQ), Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyi (UPLG), Qvadelup Beynəlxalq Təzminatlar Hərəkatı (MIR-Guadeloupe), Qaradərili Xalqların Beynəlxalq Komitəsi (CIPN) və Qvadelup Millətinin Yaranması naminə Güc Hərəkatının (FKNG) birgə təşkilatçılığı ilə baş tutur. Konfransda Qvadelupun müstəqilliyi uğrunda mübarizə aparan siyasi partiyaların liderləri, hərəkatların rəhbərləri, QHT-lər, elmi dairələrin nümayəndələri və s. iştirak edirlər. Tədbirdə Qvadelupun Fransanın dənizaşırı departamenti kimi saxlanılması və bu statusun xalqın siyasi…

Daha çox

Dövlət Reklam Agentliyi auditor seçir

Dövlət Reklam Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 138 manatdır. İddiaçılar təkliflərini iyulun 18-nə qədər Agentliyin Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 24 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Təkliflərə iyulun 18-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Daha çox

2025-ci ilin iyunun 24-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

2025-ci ilin iyunun 24-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. SİA xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov görülmüş işlər, o cümlədən Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunan “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans və Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları sədrlərinin 3-cü iclasında qəbul edilən qərarların əhəmiyyətini və bundan irəli gələrək qarşıda duran vəzifələri diqqətə çatdırıb. İclasda Məhkəmə-Hüquq Şurasının Aparatı və İşçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb. Dövrün tələblərinə uyğun olaraq olaraq yenidən işlənilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına…

Daha çox

Qanıx çayında su sərfi normanı ötüb

Azərbaycanda iyunun 25-i saat 9:00-a olan məlumata əsasən bəzi çaylarda sululuq artıb. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 10 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 25 sm, Həkəriçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda iaə 7 sm artım qeydə alınıb. Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 44 sm artıb, su sərfi 214 m3/san olmaqla normanın 129%-ni təşkil edir.

Daha çox

Ərdoğan Trampla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donlad Trampla görüşüb. SİA xəbər verir ki, liderlər NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının Haaqa Sammitində bir araya gəliblər. Görüş zamanı Ərdoğan İsrail və İran arasında atəşkəs əldə olunmasını alqışlayıb. Prezident Ərdoğan Qəzzadakı humanitar faciənin tezliklə sona çatması üçün yaxın dialoqun vacibliyini vurğulayıb. Görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Daha çox

“İran nüvə proqramından əl çəkməyəcək”

İran İsraillə müharibədən sonra belə, nüvə proqramından əl çəkməyəcək. SİA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al-Araby al-Jadeed”ə müsahibəsində deyib. Onun sözlərinə görə, İsraillə 12 günlük müharibədən sonra Tehran daha qətiyyətli olub. “Biz bu texnologiyalara həddən artıq sərmayə qoymuşuq. Alimlər öldü, xalq sanksiyalara məruz qaldı, bizə qarşı müharibə başladıldı. İranda heç kim bu proqramdan əl çəkməyəcək. O, həmişə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarətində olub”, – Əraqçi bildirib.

Daha çox

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 2. “20 Yanvar” dairəsində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 5. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində; 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Daha çox

Çin lideri BRICS-dən imtina etdi

Çin lideri Si Cinpin gələn ay Braziliyada keçiriləcək BRICS sammitində iştirak etməyəcək. SİA xəbər verir ki, bu barədə “South China Morning Post” vəziyyətdən xəbərdar olan anonim mənbəyə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, Pekin Çin nümayəndə heyətinə Dövlət Şurasının baş naziri Li Tsyanqın başçılıq edəcəyi barədə ev sahibi tərəfi artıq xəbərdar edib. Çin liderinin Rio-de-Janeyroya getməkdən imtina etməsinin əsas səbəbi son vaxtlar Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ilə tez-tez görüşməsidir. Onlar 2024-cü ilin noyabrında G20 sammiti zamanı, sonra isə bu ilin yazında Çində keçirilən forumda görüşüblər. Si Cinpinin…

Daha çox

Bu gün 33 dərəcə isti olacaq

Azərbaycanda iyunun 25-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz40-45 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə…

Daha çox