Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən vətəndaş məmnunluğunu təmin etmək məqsədilə iyunun 26-29-da, yəni bayram günlərində “802” qaynar xətt xidməti vatsap üzərindən fəaliyyətini davam etdirəcək. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə İşçi Qrupundan məlumat məlumat verilib. Bildirilib ki, vətəndaşlar (055) 600 08 02 vatsap nömrəsi vasitəsilə sorğularını göndərə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı suallarına cavab və yönləndirici məlumat əldə edə bilərlər.
Daha çoxDay: June 25, 2025
Çevrilişə cəhd, yoxsa… – RAKURS
Çevrilişə cəhd, yoxsa… – RAKURS
Daha çoxZelenski Trampla NATO sammiti çərçivəsində görüşüb…
Görüş 40 dəqiqədən çox davam edib… …Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Donald Tramp bu gün Hollandiyada keçirilən NATO sammiti çərçivəsində görüşüblər. SİA xəbər verir ki, bu barədə unian.net-in Haaqadakı müxbiri məlumat verib. Bu məlumatı jurnalistlərə prezidentin mətbuat katibi Sergey Nikiforov təsdiqləyib. Bu, son iki ayda liderlər arasında ilk danışıqlardır. Zelenski Trampla sonuncu dəfə bu ilin aprelində Vatikanda görüşüb. Hər ikisi Papa Fransiskin dəfn mərasiminə gedib. İyunun əvvəlində Kanadada keçirilən G7 sammitində onların görüşü Trampın Yaxın Şərqdə gərginliyin artması fonunda vaxtından əvvəl getməsi səbəbindən…
Daha çoxƏmək yarmarkalarında 60 vakansiya təqdim olunub
Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə aktiv məşğulluq tədbirlərini davam etdirir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, agentlik tərəfindən Cəbrayıl, Zəngilan və Laçında növbəti əmək yarmarkaları keçirilib. Yarmarkalarda 5 işəgötürən tərəfindən 60 vakansiya təqdim olunub. Vakansiyalar, əsasən, tikişçi, xalçaçı, ofisiant, elektrik, santexnik, operator, təsərrüfatçı peşələri üzrə olub. Tədbirdə iştirak edən sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib, həmçinin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.
Daha çoxSilahlı Qüvvələr – sabitliyin və sülhün zəmanəti
Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Danılmaz həqiqətdir ki, dövlət anlayışı ilə ordu gücü vəhdət təşkil edir. Çünki azad, müstəqil dövlətin nüfuzu mədəni, siyasi, iqtisadi, elmi inkişafı ilə yanaşı malik olduğu ordusunun gücü ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1993-cü ildən başlayaraq Ümummilli…
Daha çox“Mən bu oğlana etibar etmirəm…”
Rutte NATO sammitində Putinlə bağlı cəsarətli şərhlər verib… NATO-nun baş katibi Mark Rutte Rusiya prezidenti Vladimir Putinlə bağlı fikirlərini dəyişmədiyini bildirib. SİA-nın məlumatına görə, bu barədə blokun baş katibi alyansın iyunun 25-də Haaqada keçirilən sammitində danışıb. Rutte Putinlə bağlı suala “Mən bu oğlana etibar etmirəm” deyib. Baş katibin sözlərinə görə, “Putin NATO sammitinin nəticələrindən çox məmnun ola bilməz və olmamalıdır”. Almaniya kansleri Fridrix Merz də NATO-nun Haaqa sammitində çıxışı zamanı bildirib ki, Ukraynadakı münaqişə “hərbi yolla həll edilə bilməz”. Bundan əvvəl ABŞ prezidenti Donald Trampın Haaqadakı qapalı…
Daha çoxFHN silsilə maarifləndirmə tədbirləri keçirib
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər təşkil olunub. SİA xəbər verir ki, bu barədə FHN-in İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib. Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Yasamal rayon 10 nömrəli uşaq poliklinikasında, Xətai rayon 28 nömrəli şəhər poliklinikasında və Binəqədi rayon 272 nömrəli körpələr evi-uşaq bağçasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayon, Xırdalan şəhər 15 nömrəli körpələr evi-uşaq bağçasında, Şimal-qərb Regional Mərkəzi…
Daha çoxParisdə Azərbaycan qəhrəmanlarının xatirəsi yad edilib
Parisdə İkinci Dünya Müharibəsində Fransanın azadlığı uğrunda döyüşən azərbaycanlı partizanların xatirəsi yad edilib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində Zəfər Tağının altında İkinci Dünya Müharibəsində Fransanın azad edilməsi uğrunda döyüşən azərbaycanlı partizanların xatirəsinə həsr olunmuş mərasim təşkil edilib”, – paylaşımda qeyd olunub.
Daha çoxQvadelup adasına həsr olunmuş konfransın yekun bəyanatı qəbul edilib
Bakıda keçirilən Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş “Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər” adlı beynəlxalq tematik konfransının yekun bəyanatı qəbul edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bəyanatı Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov səsləndirib. Bəyanatda deyilir: “Biz, 2025-ci il iyunun 25-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Bakı Təşəbbüs Qrupu (BTQ), Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyi (UPLG), Qvadelup Beynəlxalq Təzminatlar Hərəkatı (MIR-Guadeloupe), Qaradərili Xalqların Beynəlxalq Komitəsi (CIPN) və Qvadelup Millətinin Yaranması naminə Güc Hərəkatı (FKNG) ilə birgə təşkil olunmuş və digər Qvadelup vətəndaş cəmiyyəti…
Daha çoxŞirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyunun 25-də Şirvan şəhərində vətəndaşlarla görüşüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Dövlət Komitəsindən verilən məlumata görə, görüşdə əsasən Şirvan və Salyanda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış yerlərinin təmiri, vahid aylıq müavinətin təyin olunması, məşğulluq məsələləri, eləcə də Böyük Qayıdışla bağlı…
Daha çox