“Prezidentin zaman-zaman səfərlər etməsi təsadüfi deyil”

“Azərbaycan Respublikasının Prezidentinin ölkənin müxtəlif bölgələrinə zaman-zaman səfərlər etməsi təsadüfi deyil”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Qarabağ işğaldan azad olundu və ölkənin bütün diqqəti bu bölgənin bərpasına yönəldi: “Hazırda orada genişmiqyaslı quruculuq və dini tikinti işləri aparılır. Bu da təbiidir, çünki həmin torpaqlar uzun illər baxımsız qalıb və yenidən canlandırılmasına ehtiyac var. Bu proses başladıqda cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, dövlətin əsas resursları Qarabağa yönəldiləcək və digər bölgələrdəki abadlıq, yenidənqurma işləri müəyyən qədər ləngiyəcək. Lakin son beş…

Daha çox

Rutte Trampı “ata” adlandırdı…

NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampın İsrail və İran arasındakı münaqişə ilə bağlı ədəbsiz bəyanatlarını şərh edərkən Amerika liderini “ata” adlandırıb. SİA-nın məlumatına görə, onun sözlərini Reuters agentliyi sitat gətirir. Qeyd edək ki, bir müddət əvvəl NATO-nun Haaqa sammiti zamanı Tramp İran və İsrail arasında gedən döyüşləri məktəb həyətində döyüşən uşaqlarla müqayisə edib. O, “iki ölkə var ki, o qədər uzun və o qədər şiddətli mübarizə aparırlar ki, nə etdiklərini başa düşmürlər” deyib. Trampın sözləri Rutteni güldürüb. …Və sonra atam bəzən onları dayandırmaq üçün sərt dildən istifadə…

Daha çox

107 illik yolun zirvəsində tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası dayanır

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur. 107 illik yolun zirvəsində tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi, azad Qarabağın, azad Şərqi Zəngəzurun dirçəlməsi, Böyük Qayıdış Proqramının uğurlu icrası dayanır. Rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə yazdığı şanlı tarix onun gücünün, qüdrətinin, döyüş ruhunun təqdimatı oldu. Bu gün qürurla qeyd edirik ki, düyanın ən güclü ordularından biri Azərbaycan Ordusudur, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. Baxmayaraq ki, 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan havadarlarının dəstəyinə arxalanaraq belə bir mif yaratmışdı ki, guya ən…

Daha çox

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu “Poz-Qazan” biletləri 1500-dən çox OBA mağazasında şanslı qaliblərini gözləyir. Sizə ən yaxın OBA mağazasına gedərək öz bəxtinizi sınaya və 500 000 manatadək böyük uduş qazanmaq şansı əldə edə bilərsiniz. Biletlərə olan böyük maraq sayəsində artıq müxtəlif uduşlar da qeydə alınıb. Təkcə cari ayda OBA-da 3 böyük uduş öz sahiblərini tapıb. Uduşlu biletlər OBA-nın İnşaatçılar metrostansiyası yaxınlığında, Hökməli və Mərdəkan qəsəbələrində yerləşən mağazalarından alınıb. “Xoşbəxt” lotereyasında bir nəfər 50 000 manat qazanaraq sözün əsl…

Daha çox

Kamran Əliyev Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Baş prokuroru Kamran Əliyev Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgün ilə görüşüb. Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, qonağı salamlayan Baş prokuror tarixən xalqlar arasında milli köklərə əsaslanan münasibətlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” və Türk xalqının dahi şəxsiyyəti Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kəlamları ilə ifadə olunduğunu bildirib. Baş prokuror iki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uzaqgörən xarici siyasətləri nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi…

Daha çox

NATO ölkələri Ukraynaya yardım etməyi öhdələrinə götürdülər…

Bu barədə sammitin bəyannaməsində deyilir. ABŞ və Macarıstan da daxil olmaqla NATO-ya üzv ölkələr razılaşıblar ki, Ukraynaya Rusiyaya qarşı müharibədə köməklik onların Avro-Atlantik təhlükəsizliyinə töhfələrinin bir hissəsi olacaq. SİA-nın məlumatına görə, “European Pravda” xəbər verir ki, bu barədə sammitin bəyannaməsində deyilir. Zirvə qərarının formalaşdığı əsas element müttəfiqlərin müdafiə xərclərinin ÜDM-in 5 faizinə qədər artırılmasıdır. Eyni zamanda, NATO üzvləri Ukrayna Silahlı Qüvvələrinə yardımın müdafiə xərclərinin bir hissəsi kimi qəbul edilməsi ilə bağlı razılığa gəliblər. …Müttəfiqlər təhlükəsizliyi bizim təhlükəsizliyimizə sərmayə olan Ukraynanı dəstəkləməyə davam edən suveren öhdəliyini…

Daha çox

Xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi davam edir

Bu gün günorta saatlarında Avstraliya, Almaniya, Tacikistan, İran, ABŞ, Kanada, İtaliya və Venesuela vətəndaşlarının İrandan təxliyəsi həyata keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində hər bir şəxs müvafiq sənəd yoxlamasından keçib. Təhlükəsizlik tədbirləri tam şəkildə təmin edilib, əcnəbilərin rahat və fasiləsiz keçidi üçün bütün logistika prosesləri koordinasiyalı şəkildə icra olunub. Onlar xüsusi nəqliyyat vasitələri ilə Bakı istiqamətində yola salınıblar. Qeyd edək ki, təxliyə olunanlar arasında həm diplomatik heyət üzvləri, həm də mülki vətəndaşlar yer alıb.

Daha çox

Diplomatik pasport əldə edəcək subyektlərin dairəsi genişləndirilib

Diplomatik pasport əldə edəcək subyektlərin dairəsi genişləndirilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Pasportlar haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Belə ki, inzibati vəzifələrin birinci təsnifatına aid edilən vəzifələrin təminatlarından istifadə etmək məqsədi ilə “Pasportlar haqqında” təklif edilən dəyişikliklə Prezidentin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinlərini də diplomatik pasportu əldə edə biləcək subyektlərin dairəsinə daxil ediləcəklər. Bundan başqa, “Dövlət qulluğu haqqında” qanuna dəyişikliyə görə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin birinci təsnifatına əlavə edilib. Qeyd edək ki, Prezident…

Daha çox

İradənin bacısı Birinci Kanaldan ayrılmaq istədiyini etiraf edib…

Birinci Kanalda “Sabahınız xeyir” verilişinin aparıcısı Svetlana Zeynalova televiziyadan ayrılmaq arzusunda olduğunu etiraf etdi. SİA-nın məlumatına görə, o, bu barədə “Passion” portalı ilə söhbətində bildirib. Həyatında televiziya karyerasını tərk etmək istədiyi anların olub-olmaması ilə bağlı suala isə Zeynalova müsbət cavab verib. …Hamımızın belə anları olur, xüsusən də yorğun və cansıxıcı olduğunuz zaman. Siz düşünməyə başlayırsınız: “Mən niyə bunu edirəm? Normal insanlar evdə oturur, yatır, münasib vaxtda oyanır, uzanır, məşq edir, kofe içir, günəşin doğuşuna heyran qalır… Mən isə artıq göbəyim yanan bir yerə qaçıram!. Bunu teleaparıcı deyib. O, əlavə edib…

Daha çox

Siyablı, Şovu və Təngivan sakinləri ilə görüş

İyunun 25-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Şovu kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və təşkilatların nümayəndələri də iştirak ediblər. Taleh Qaraşov ötən səyyar qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandırıb və bildirib ki, yerli icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan bütün məsələlər həllini tapıb, digər məsələlər barədə də aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanıb və vətəndaşlara bununla bağlı qanunamüvafiq izahatlar verilib. İcra başçısı dağ kəndlərinin…

Daha çox