Bakının Elşən Süleymanov küçəsində təmir işləri yekunlaşmaq üzrədir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Elşən Süleymanov küçəsinin Bəhruz Nuriyev küçəsindən Babək prospektinin kəsişməsinə qədər olan hissəsində təmir işlərini yekunlaşdırmaq üzrədir. SİA agentliyə istinadən xəbər verir ki, sözügedən hissənin uzunluğu 950, eni 12.2 metrdir. Aparılan təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkilərinin bərpası işləri aparılıb. Hazırda küçədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla davam etdirilir. Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının qoyulması işləri də icra…

Daha çox

Prezidentin general-mayor rütbəsi verdiyi Mürsəl İbrahimov kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin rütbəsini artırıb. Dövlət başçısının Sərəncamı ilə Mürsəl Qorxmaz oğlu İbrahimova general-mayor ali hərbi rütbəsi verilib. SİA xəbər verir ki, Mürsəl İbrahimov 20 sentyabr 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Bakı şəhəri, 6 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna daxil olub, 1992-ci ildə mühəndis ixtisası ilə ali təhsilini başa vurub. 1997-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası ilə bitirib. 1992-ci ilin avqust ayında Daxili…

Daha çox

“Avtobuslarda bütün fəsillərdə havalandırma sistemi işlək vəziyyətdə olmalıdır”

“Ümumiyyətlə, ictimai nəqliyyata, o cümlədən marşrut avtobuslarına dair müəyyən tələblər var”. Bu sözləri SİA-ya açıqlamasında nəqiyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O bildirib ki, bu tələblərdən biri də odur ki, avtobuslarda bütün fəsillər boyu normal havalandırma sistemi işlək vəziyyətdə olmalıdır. Qışda isitmə, yayda isə sərinlətmə sistemi mütləq işləməlidir və sərnişinlərin komfortunu təmin etməlidir. Kondisionerlərin konkret tarixlərlə bağlı işləməsi şərt deyil. Məsələn, may ayında hava isti olarsa, kondisioner işləməlidir. Əgər iyul ayında hava sərin və 20°C-dirsə, ehtiyac yoxdursa, işləməyə bilər. Əsas məsələ sərnişinlər üçün komfortun təmin olunmasıdır. Bu, həm də…

Daha çox

“Ölkəmiz elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilib”

“Azərbaycanın enerji tarixndə çox mühüm hadisənin şahidi olduq. Prezident İlham Əliyevin və bir sıra xarici şirkət rəhbərlərinin iştirakı ilə Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılışı ilə bu əlamətdar günü yaşadıq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib. O bildirib ki, ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri istehsal müəssisəsi kimi tarixdə qalacaq: “Layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatını deyil, həm də ixrac potensialını artıracaq, ölkəmizə yeni imkanlar qazandıracaq. 1945-ci ildə Mingəçevirdə inşasına başlanan və…

Daha çox

Bakı Təşəbbüs Qrupu və Qvadelup memorandum imzalayacaq

“Bakı Təşəbbüs Qrupu və Qvadelup arasında əməkdaşlıq çərçivəsində memoranduma imza atılacaq”. SİA-nın məlumatına görə, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O, əməkdaşlığın perspektivlərini də dəyərləndirib: “Bakı Təşəbbüs Qrupu olaraq tək paytaxtımızda deyil, həm də Birləşmiş Millətlər Təşkilatının qərargahında tədbirlər keçiririk. Bu tədbirlərin hesabatları BMT-nin müvafiq qurumlarına təqdim edilir. Həmin sənədlərin nəticəsi olaraq, bu ilin oktyabrında BMT-də xüsusi bəyanatın qəbul ediləcəyi gözlənilir”.

Daha çox

Azərbaycana turist axını artıb

2025-ci ilin yanvar-may aylarında Azərbaycana dünyanın 178 ölkəsindən 979,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, gələnlərin 24,6 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 10,7 faizi Hindistan, 8,6 faizi İran, 4,4 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Pakistan, hər birindən 2,0 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və İsrail, hər birindən 1,9 faiz olmaqla Özbəkistan və Çin, 1,4 faizi Ukrayna, 1,3…

Daha çox

Azərbaycanla BƏƏ əməkdaşlığı müzakirə edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Muhəmməd Əl Bluşi ilə qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə edib. SİA xəbər verir ki, Dövlət Komitəsinin sədri Azərbaycanla BƏƏ arasında münasibətlərin ortaq tarixi, milli və mədəni dəyərlərə əsaslanan, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda inkişaf edən, yüksək səviyyəli tərəfdaşlıq xarakteri daşıdığını bildirib. B.Muradova son illər ərzində iki ölkə arasında iqtisadi, ticari, siyasi əlaqələrin dinamikasının müsbət istiqamətdə dəyişdiyini, bir sıra strateji sahələrdə – xüsusilə də yaşıl enerji və rəqəmsal texnologiyalar sahəsində mühüm əməkdaşlıqlar qurulduğunu deyib. O…

Daha çox

“Münaqişənin regionalmiqyaslı bir müharibəyə çevrilmək təhlükəsi var”

“Ümumiyyətlə, İsrail-İran münasibətləri bütün Yaxın və Orta Şərq, eləcə də müəyyən qədər Mərkəzi Asiya və Qafqaz üçün yaxşı bir gələcək vəd etmir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. O bildirib ki, son 30-40 il ərzində bu münasibətlərin həmişə gərgin qalması dünyanı və bu bölgəni narahat vəziyyətdə saxlayıb: “Hazırda müvəqqəti atəşkəs elan olunub, lakin onun uzun müddət davam edəcəyinə dair heç bir təminat yoxdur. Atəşkəsdən sonra atılacaq addımlar, imzalanacaq hər hansı bir saziş və onun icra olunub-olunmayacağı da qeyri-müəyyəndir. Belə bir şəraitdə hər iki ölkə öz iddialarından geri…

Daha çox

DMX rəisi dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla növbəti dəfə görüşüb. SİA xəbər verir ki, bu barədə DMX məlumat yayıb. Məlumata əsasən, görüşdə mentorluq proqramı çərçivəsində görülmüş işlərə nəzər salınıb, bu sahədə Şahlar Məmmədovun qazandığı yeni biliklər, növbəti addımlar və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovun mentorudur. Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il…

Daha çox

““8 Noyabr Elektrik Stansiyası” bu strategiyanın bariz nümunəsidir”

“Müasir dövrümüzdə enerji generasiyası sadəcə texniki məsələ deyil, həm də milli təhlükəsizlik, iqtisadi inkişaf və beynəlxalq nüfuz üçün strateji əhəmiyyət daşıyan əsas sahələrdən biridir. Artıq zamanın tələbidir ki, ölkələr yalnız bu günü deyil, həm də yaxın gələcəkdəki enerji ehtiyaclarını planlaşdırsınlar və bu istiqamətdə dayanıqlı addımlar atsınlar. Enerji resurslarına sahib olmaq və bu resursları səmərəli şəkildə idarə etmək əslində bir dövlətin gücünün göstəricisinə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Azərbaycan da bu reallığı çox erkən dərk edərək enerji strategiyasını zamanın çağırışlarına uyğunlaşdırıb. Prezident İlham Əliyevin…

Daha çox