“Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, alimlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Baş prokurorun müavini Elmar Camalov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini Qaya Məmmədov, Dini…
Daha çoxDay: June 25, 2025
Ermənistanda 14 nəfər saxlanıldı
Ermənistanda hakimiyyətin ələ keçirilməsinə cəhd işi ilə bağlı başladılan araşdırma çərçivəsində 14 nəfər saxlanılıb. SİA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarından 90-dan çox ünvanda axtarış əməliyyatı həyata keçirilib. Xatırladaq ki, bu gün səhər Ermənistanın hüquq-mühafizə orqanları müxalif “Müqəddəs mübarizə” hərəkatının tərəfdarlarının evində axtarış aparıb. Əməliyyat çərçivəsində hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyan saxlanılıb.
Daha çoxƏnənəvi peşə, rəqəmsal uğur: ayaqqabı tikməkdən milyonluq baxışa
Ayaqqabı yalnız geyim deyil, bir sənət nümunəsidir — Şahin Əliyev üçün isə həyat tərzidir. SİA xəbər verir ki, o, illərlə bu sənətə sadiq qalıb, tikdiyi ayaqqabılar bu gün bir çox mağazalarda satılır və onlayn sifarişlə də müştərilərə çatdırılır. Özü kamera qarşısında görünməyə üstünlük verməsə də, TikTok-da paylaşdığı əl işləri minlərlə izləyicinin diqqətini çəkib və saysız-hesabsız rəylər qazanıb. TikTok onun üçün sadəcə bir reklam aləti deyil – bu platforma ona sənətini bölüşmək, müştərilərlə daha yaxın ünsiyyət qurmaq və kiçik sexini tanınan bir brendə çevirmək imkanı yaradıb. Məqaləmizdə Şahin Əliyevin ustalığının hekayəsindən,…
Daha çox“Stansiyanın istifadəyə verilməsi Cənubi Qafqaz regionu üçün əhəmiyyətlidir”
“Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə 1974-ci ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməlinin qoyulması tariximizin unudulmaz səhifəsidir. Çünki Mingəçevir tarixən energetika mərkəzi kimi tanınır və bu gün şəhərdə cənab Prezident İlham Əliyev tərəfindən “8 Nöyabr” Elektrik Stansiyasının açılışı qürurvericidir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib. Komitə sədri xüsusilə vurğulayıb ki, bu stansiya çox böyük potensiala malikdir və 1880 meqavatt gücündə olan stansiyanın istifadəyə verilməsi tək Azərbaycan üçün deyil, Cənubi Qafqaz regionu üçün əhəmiyyətlidir. “Məlum olduğu kimi, hazırda ölkənin elektrik…
Daha çox“Daxili siyasətdə əsas prioritetlərdən biri regionların tarazlı və dayanıqlı inkişafıdır”
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu günlərdə ölkənin əsas regionlarından biri olan Yevlax şəhərinə səfər etmişdir. Bu səfər çərçivəsində bir sıra sosial, iqtisadi və infrastruktur layihələrinin açılış mərasimləri keçirilmiş, yeni müəssisələr istifadəyə verilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, eyni zamanda dövlət başçısı regionun inkişafı ilə bağlı həyata keçirilən layihələrin gedişatı ilə tanış olmuş və yerli əhali ilə görüşlər keçirmişdir: “Bu cür səfərlər, ilk növbədə, regionların inkişafına göstərilən dövlət qayğısının və Prezidentin yerlərdə aparılan işlərə nə qədər önəm verdiyinin göstəricisidir. Yevlaxda həyata keçirilən layihələr…
Daha çoxBayram günlərində bəzi rayonlarda güclü külək əsəcək
İyunun 26-28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Quba, Qusar, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şirvan, Balakən, Qax, Biləsuvar, Şəki, Zaqatala, Saatlı, Sabirabad, İmişli, Zərdab, Beyləqan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Kəlbəcər, Laçın, Gəncə, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Naftalan, Goranboy, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Mingəçevir, Yevlax, Bərdə, Tərtərdə fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Daha çox“Mobil cihazlarda zərərli proqramlar bank təhlükəsizliyini təhdid edir”
Bəzi mobil cihazlarda mövcud olan zərərli proqram təminatları hakerlərə həmin telefonları məsafədən idarə etmək imkanı yaradır. SİA xəbər verir ki, bunu “Kapital Bank” ASC-nin İnformasiya Təhlükəsizliyi Departamentinin Direktoru Çingiz Səfərli Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sərgisində (“Fintex Sammit”) çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu proqramlar hakerlərə bank tətbiqlərinə müdaxilə etmək, istifadəçilərin hesablarını ələ keçirmək və onların vəsaitlərini oğurlamaq imkanı verir: “İstifadəçi bank tətbiqindən istifadə etdiyi anda belə bu proqramlar vasitəsilə əməliyyatlar izlənilə və sui-istifadə oluna bilir”. Ç.Səfərli bildirib ki, “Kapital Bank” bu risklərin qarşısını almaq üçün xüsusi nəzarət mexanizmləri…
Daha çoxHərbçilərin ictimai təhlükə törətməyən cinayətləri üzrə təhqiqat aparılacaq
Müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət-Prosessual, İnzibati Xətalar Məcəllələrində və “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişikliyi təsdiqləyib. Cinayət-Prosessual Məcəlləsinə müvafiq məsələni nəzərdə tutan 214.4-1-ci maddə əlavə edilib. Həmçinin, bunu nəzərə alaraq Məcəllənin 68.3-cü maddəsinə hərbi məhkəmələrin baxdığı işlər siyahısına “məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallar” ifadəsi də əlavə edilib. İnzibati Xətalar Məcəlləsinə isə 54.2-1-ci maddə əlavə edilib.…
Daha çoxAzərbaycanın meşə fondunda tikinti işlərinin aparılması qaydaları dəyişdirilib
Prezident İlham Əliyev Milli Məclisin iyunun 3-də qəbul etdiyi Meşə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. SİA xəbər verir ki, bununla da Azərbaycanın meşə fondunda tikinti işlərinin aparılması qaydaları dəyişdirilib. Yeni qanun “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 may 2023-cü il tarixli qanunun icrası və qanunvericilikdə olan normalar arasında uyğunluğun təmin edilməsi məqsədilə hazırlanıb. Bu qanunla şəhərsalma və tikinti fəaliyyəti sahəsində müvafiq qərarların qəbul edilməsini təmin etmək məqsədi ilə Şəhərsalma və…
Daha çoxCəzaçəkmə müəssisələrində Fəaliyyət Planı təsdiqlənib
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı təsdiqlənib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Ədliyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək. Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Daha çox