ADY qeyri-iş günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları 26-29 iyun qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. SİA xəbər verir ki, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilib. Artan sərnişin tələbatı nəzərə alınaraq 26-29 iyun tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 8 əlavə reys təyin edilib. Bu marşrut üzrə sürət qatarı həmin tarixlərdə saat 09:15-də Bakıdan Ağstafaya, 17:00-da Ağstafadan Bakıya yola düşəcək. Bakı–Qazax–Bakı xətti üzrə hərəkət edən müasir sürətli qatarlar qarşıdakı qeyri-iş günlərində də hər…

Daha çox

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində peşə təhsili üçün infrastruktur, avadanlığın qurulması və təkmilləşdirilməsi işləri həyata keçiriləcək. SİA xəbər verir ki, bu barədə Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planında qeyd olunub. Plana görə, Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək. Həmçinin, peşə təhsili prosesinə karyera məsləhətçilərinin, kənar psixoloqların, habelə peşə təhsili üçün zəruri bilik, bacarıq və səriştələrə sahib kənar mütəxəssislərin cəlb edilməsi üçün tədbirlər görüləcək.

Daha çox

“Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü və modern ordularından biridir”

“26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan Respublikasının dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik bir gündür. Bu tarix, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə təsis etdiyi milli ordu ənənələrinin davamı olaraq, müasir Azərbaycan Ordusunun təməlini qoyan gün kimi qeyd olunur”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün yalnız ölkəmizin ərazi bütövlüyünün qorunmasında deyil, eyni zamanda regionda və beynəlxalq miqyasda sülhün və sabitliyin təminatında mühüm rol oynayır: “Xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi peşəkarlıq, yüksək döyüş qabiliyyəti və texnoloji üstünlüyü…

Daha çox

İyunun 25-də Beynəlxalq Dənizçi Günü və ölkəmizdə dənizçilərin peşə bayramı qeyd olunur

İyunun 25-də BMT-nin Dənizçi Günü qeyd olunur. SİA təşkilatın məlumatına istinadla xəbər verir ki, 2025-ci ildə bu əlamətdar günün mövzusu “Mənim təcavüzdən azad gəmim”dir. Dənizçi Günü Birləşmiş Millətlər Təşkilatının beynəlxalq günlər sistemində Beynəlxalq Dəniz Təşkilatının (IMO) təşəbbüsü ilə qeyd olunur. Onun qeyd edilməsi haqqında qərar IMO-ya üzv dövlətlər tərəfindən 2010-cu ildə Manilada (Filippin) keçirilən konfransda qəbul edilib. Bütün dənizçilik peşələrinin nümayəndələri üçün xüsusi günün təsis edilməsi onların beynəlxalq ticarətin, dünya iqtisadiyyatının və bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına əvəzsiz töhfələrinə görə zəruri hesab edilib. 2025-ci ildə bu əlamətdar gün mürəkkəb beynəlxalq vəziyyət…

Daha çox

Bakıda bir sıra ərazilərdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Sabah saat 08:00-dan iyunun 29-u saat 22:00-a qədər Bakıda bəzi ərazilərdə yol təmiri işləri aparılacaq. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, həmin ünvanlar aşağıdakılardır: – Səbail rayonu, Badamdar şosesi (20-ci Sahə dairəsindən Şahlar Allahverdiyev küçəsinin kəsişməsinə qədər); – Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi (Konservatoriyanın qarşısı) və Səməd Vurğun küçəsi (Türkiyə Cümhuriyyəti Səfirliyinin qarşısı); – Binəqədi rayonu, Ziya Bünyadov prospekti (yan yol, Atatürk prospektindən – Azadlıq prospektinə qədər); – Nərimanov rayonu, Ziya Bünyadov prospekti (yan yol Azadlıq prospektindən İbrahimpaşa Dadaşov küçəsinə qədər) və Ziya…

Daha çox

Müstəqillik və güclü dövlətin rəmzi

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur mənbəyi olan Müzəffər Ordumuzun yaradılmasının təntənəli şəkildə qeyd olunduğu mühüm bir tarixdir. Bu gün həm də, bizim üçün müstəqil Azərbaycanın güclü və peşəkar ordusunun formalaşmasında əldə edilən uğurların, dövlətimizin hərbi sahəyə verdiyi diqqət və qayğının simvoludur. Hər il bu əlamətdar tarixdə ölkəmizin hərbçiləri, onların qəhrəmanlığı və vətənə sədaqəti xüsusi ehtiramla xatırlanır, Silahlı Qüvvələrin keçdiyi şərəfli yol və qazandığı nailiyyətlər cəmiyyətə bir daha təqdim olunur. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tarixi inkişaf yolu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1969-cu…

Daha çox

AQTA sədri Abşeronda vətəndaşları qəbul edəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli iyulun 4-ü saat 10:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri və Abşeron, Zəngilan, Qubadlı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. SİA xəbər verir ki, bu barədə AQTA-dan bildirilib. Qeyd edilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq iyulun 3-dək qəbula yazıla bilərlər. “Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar…

Daha çox

DGK-nın nümayəndə heyəti “Zəfər Qalereyası”nı ziyarət edib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Dövlət Bayrağı Muzeyində “Zəfər Qalereyası”nı ziyarət edib. SİA xəbər verir ki, 25 iyun 2025-ci il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavinləri – t.ü.f.d. İsmayıl Əfəndiyev, Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev və əməkdaşlar 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Dövlət Bayrağı Muzeyini ziyarət edərək bayrağımız və hərbi tariximizə dair eksponatlarla yaxından tanış olublar. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti muzeyin “Zəfər Qalereyası” adlı xüsusi zalını diqqətlə izləyərək, 2020-ci il…

Daha çox

İtaliya mediası Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyasından yazıb

İtaliya mətbuatı Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimini diqqət mərkəzində saxlayıb. SİA xəbər verir ki, ANSA, “Formiche”, “Corriere dell Economia”, “Energia Italia”, “Borsa Italiana”, “La Provincia Unica”, “Industria Italiana”, “Meteoweb”, “Agenzia Nova” kimi saytların yaydığı materiallarda elektrik stansiyasının açılış mərasiminin iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun iştirakı ilə keçirildiyi bildirilir. Qeyd olunur ki, stansiyanın inşasında İtaliya və Çin şirkətləri iştirak edib. Stansiyada İtaliyanın “Ansaldo Energia” şirkəti tərəfindən təchiz olunmuş 4 ədəd müasir qaz turbini və generatorlar quraşdırılıb. “Ansaldo Energia”nın…

Daha çox