Proaktiv qaydada aparılan pensiya, müavinət və təqaüd təyinatının sayı açıqlanıb


Bu ilin yanvar-may ayları ərzində 111 min 400 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. SİA xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 21 min 170-i pensiya, 90 min 230-u müavinət (o cümlədən məcburi dövlət sosial sığortası hesabına ödənilən) və təqaüd təyinatıdır.

Əlaqəli Xəbərlər