Vaşinqtonun təcridçiliyi haqqında söhbətlər şişirdilir… ABŞ-ın İrana son aviazərbələri ABŞ prezidenti Donald Trampın “təcridçilik” ideyasını və Amerikanın guya qlobal siyasətdən geri çəkilməsini bir daha sual altına qoyub. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Financial Times” yazır. …“Öncə Amerika” ritorikasına baxmayaraq, Trampın hərəkətləri – 2017-ci ildə Suriyaya endirilən zərbələrdən tutmuş 2020-ci ildə iranlı general Qasım Süleymaninin öldürülməsinə qədər – çox fərqli bir kurs təklif edir. İrana müdaxilə göstərdi ki, ABŞ-ın təcrid olunması haqda söhbətlər şişirdilib. Hücumun əleyhdarları çox olsa da, tanınmış simalar administrasiyanın üzvləri deyil,…
Daha çoxDay: June 26, 2025
Rusiyanın Çinə elektrik enerjisi ixracı 44 faiz azalıb…
…İnterRAO dövlət enerji holdinqi cari ilin əvvəlindən Rusiyadan elektrik enerjisi ixracının 4 faiz azaldığını görür və Çinə tədarükün azalması səbəbindən ilin sonuna kimi analoji azalma gözləyir. SİA-nın məlumatına görə, “The Moscow Times” bunu şirkətin rəhbəri Sergey Dreqvalın bəyanatına istinadən yazır. Rusiyanın elektrik enerjisi ixracı və idxalı üzrə inhisarçı operatoru olan InterRAO, Uzaq Şərq enerji sistemindəki balans məhdudiyyətləri Çinə ixracı saxlamağa imkan vermədiyi üçün keçən il tədarükünü 17,6 faiz azaldaraq 8,53 milyard kilovat-saata çatdırıb. 2024-cü ildə ixrac tədarüklərinin demək olar ki, 54 faizi 2023-cü ildə ən böyük satış bazarına çevrilən Qazaxıstana…
Daha çoxƏcdadlarımız dili necə inkişaf etdiriblər?
Mümkün səbəblərdən biri ünsiyyətlə əlaqəli deyil..? İnsanların ən nadir bacarıqlarından biri olan dili niyə əcdadlarımız inkişaf etdirib? Çoxlu araşdırmalara baxmayaraq, bu suala hələ dəqiq cavab yoxdur. Və təəccüblüdür ki, mümkün səbəblərdən biri ümumiyyətlə ünsiyyətlə əlaqəli olmaya bilər. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə NewsScientist yazır. Digər heyvanlar öz istəklərini səslər vasitəsilə ifadə edə bilirlər, lakin yalnız insanlar son dərəcə dəqiqliklə ünsiyyət qurmağa imkan verən mürəkkəb qrammatika və lüğət sistemini inkişaf etdiriblər. Tədqiqatçılar hesab edirlər ki, bizi bir növ kimi fərqləndirən dildir. Kornell Universitetinin psixoloqu…
Daha çoxAfrikada iqlim dəyişikliyi iqtisadiyyatı 15 faiz kiçildə bilər
İqlim dəyişikliyi Afrika iqtisadiyyatlarına mənfi təsir göstərir. Afrika İnkişaf Bankının hesablamalarına görə, bu problemə qarşı mübarizə aparılmasa və dayanıqlı inkişaf üçün iqlim məlumat xidmətlərinə sərmayə qoyulmasa 2030-cu ilə qədər Afrika iqtisadiyyatları ÜDM-nin 15 faizini itirə bilər. SİA yerli mediaya istinadla xəbər verir ki, bu fikirlər Namibiyanın Vindhoek şəhərində başlayan və beş gün davam edəcək “İntra-ACP iqlim xidmətləri və əlaqəli tətbiqlər proqramı (ClimSA)” və “Afrikada erkən xəbərdarlıq üçün kosmos (SEWA)” adlı birgə forumda səsləndirilib. Afrika ölkələrinin əlaqədar nazirlərinin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etdiyi forumda iqlim böhranına qarşı mübarizə və dayanıqlı…
Daha çoxİtalyada İsrail məhsulları piştaxtalardan yığışdırır..?
…Brend İsrail məhsullarından qurtulmaq qərarını fələstinlilərlə həmrəyliklə izah edib. Coop kooperativ qrupuna daxil olan İtaliyanın Coop Alleanza 3.0 supermarketlər şəbəkəsi öz internet səhifəsində İsrail istehsalı olan məhsulların satışını dayandıracağını açıqlayıb. SİA-nın məlumatına görə, 350-yə yaxın mağazanı birləşdirən bu şəbəkə İtaliya regionlarının demək olar ki, yarısında, əsasən ölkənin şimal hissəsində mövcuddur. Şirkət İsrail məhsullarını öz çeşidindən çıxarmaq qərarını Fələstin xalqına dəstəyi ilə izah edib. …Coop Alleanza uzun müddətdir ki, Yaxın Şərqdə baş verən hadisələrlə bağlı dəqiq mövqe nümayiş etdirir: kooperativ Qəzza zolağında baş verən zorakılığa göz yuma bilməz. Bu, italyanların rəsmi…
Daha çoxAvropa hava nəqliyyatında inqilaba hazırlaşır…
Avropa Parlamenti əl yükü üçün ödənişlərin qadağan edilməsi istiqamətində addım atıb… …Avropa Parlamentinin Nəqliyyat Komitəsi aviaşirkətlərə 7 kq-a qədər çəkisi olan əl baqajı üçün sərnişinlərdən əlavə ödəniş almağı qadağan edən düzəlişi dəstəkləyib. SİA-nın məlumatına görə, Politico yazır ki, bu qayda Avropa İttifaqı hökumətləri ilə danışıqlar zamanı təsdiq olunarsa, hər bir sərnişin standart ölçülü çamadanı əlavə ödəniş etmədən təyyarəyə götürə biləcək. Qeyd olunur ki, yeni qanun aviaşirkətin lobbisinin güclü müqavimətinə səbəb olur və bu, qaydanın daşıyıcıları hətta minimal baqajla uçan sərnişinlər üçün bilet qiymətlərini qaldırmağa məcbur…
Daha çox26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür…
Hərb tariximizin şərəfli səhifəsi olan 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu. Lakin 1920-ci il 28 aprelində Sovet imperiyasının təcavüzü nəticəsində Xalq Cümhuriyyəti süqut etdi. Bundan sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Milli Ordu quruculuğunda əsaslı dönüş Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə…
Daha çoxTürkiyənin mövqeyi dünya miqyasında nəzərə alınır
Türkiyənin mövqeyi dünya miqyasında nəzərə alınır. Ölkənin müdafiə sahəsinə xərcləri ÜDM-in 2 faizindən çoxdur. Güclü infrastruktur və investisiyalar sayəsində bu göstəricini 5 faizə çatdıra bilərik. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Haaqada keçirilən NATO sammitinin yekunlarına dair brifinqdə səsləndirib. O, Türkiyənin müdafiə sənayesindəki uğurlarına diqqət çəkərək bildirib ki, ölkə pilotsuz uçuş aparatlarının aparıcı istehsalçıları sırasındadır. Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Şimali Atlantika Alyansının müttəfiqləri Haaqada müasir dövrün təhlükə və təhdidləri fonunda “üzərlərinə daha böyük məsuliyyət götürmək” barədə razılığa gəliblər ki, bu da…
Daha çox