İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargah rəisi general Əli Şademaninin İsrailin zərbələri nəticəsində aldığı yaralardan öldüyünü təsdiqləyib. SİA xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda deyilir. Qeyd olunur ki, Şademani keçən həftə İsrailin zərbəsi nəticəsində ağır yaralar alaraq həlak olub. İyunun 17-də İsrail Ordusunun Mətbuat Xidməti xəbər vermişdi ki, Şademani İrana endirilən gecə zərbələri zamanı məhv edilib.
Daha çoxDay: June 26, 2025
Tramp qəzəbləndi
ABŞ Prezidenti Donald Tramp “CNN” telekanalını ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrin uğursuz olduğu barədə süjet hazırlayan Nataşa Bertranı işdən çıxarmağa çağırıb. SİA xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib: “Mən onun üç gün ərzində saxta xəbərlərlə məşğul olduğunu müşahidə etdim. Ona dərhal töhmət verilməlidir, sonra isə “iti qovan kimi” qovmaq lazımdır”. Tramp iddia edib ki, jurnalist ABŞ pilotlarını pis göstərməyə çalışaraq nüvə obyektləri haqqında yalan danışıb. Ağ Ev rəhbərinin sözlərinə görə, halbuki pilotlar əla iş görərək “qızıl damara” düşməyi bacarıb və nüvə…
Daha çoxABŞ Milli Kəşfiyyatı: İranın nüvə obyektləri dağıdılıb
Amerika silahlı qüvvələri İranın nüvə obyektlərini məhv edib və onların mümkün bərpası illər çəkə bilər. SİA xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard X sosial hesabında bildirib. “Yeni kəşfiyyat məlumatları prezidentin dəfələrlə dediklərini təsdiqləyir: İranın nüvə obyektləri dağıdılıb. Əgər iranlılar onları yenidən inşa etsələr, bu, çox güman ki, illər çəkəcək”, – deyə o yazıb.
Daha çox“Bu məsələ artıq bağlanıb”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarələri haqda danışdığını bildirib. SİA xəbər verir ki, bu barədə TRT məlumat yayıb. “Trampla görüşümüz zamanı S-400-ü müzakirə etmədik. Bu, gündəmimizdə deyildi, məsələ artıq bağlanıb və bitmiş sövdələşmədir. Biz F-35 məsələsini müzakirə etdik”, – Türkiyə lideri qeyd edib. Ərdoğan xatırladıb ki, Türkiyə F-35 layihəsi çərçivəsində təxminən 1,3-1,4 milyard dollar ödəniş edib: “Bu təyyarələri almağımıza gəlincə, Trampın bununla bağlı xoş niyyətli olduğunu gördük. Rəsmilərimiz F-35-lərin alınması, həmçinin F-16-larımızın texniki xidməti və təmiri…
Daha çoxMAQATE dərhal İranda fəaliyyətini bərpa etməlidir
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) dərhal İrandakı fəaliyyətini bərpa etməlidir. SİA xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron X hesabında yazıb. “Agentliyin İrandakı missiyasını mümkün qədər tez bərpa edə bilməsi vacibdir. Paris nüvə təhlükəsizliyi üçün mühüm rolu olan MAQATE-ni dəstəkləyir”, – Makron bildirib. Qeyd edək ki, İran parlamentinin üzvləri MAQATE ilə əməkdaşlığın müvəqqəti dayandırılmasına dair qanun layihəsini təsdiqləyiblər.
Daha çoxPutin Belarusa gedir
Rusiya Prezidenti Vladimir Putin Belarusa ikigünlük səfər edəcək. SİA TASS-a istinadən xəbər verir ki, Kreml rəhbəri Avrasiya İqtisadi Forumunun iclasında iştirak edəcək. Bu, Avrasiya İqtisadi İttifaqının (Aİİ) 2025-ci ildə ən yüksək səviyyədə ilk tədbiri olacaq. Bildirilir ki, 2025-ci ildə Aİİ 10 illiyini qeyd edəcək. Birliyə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.
Daha çoxİran ən çox itkini bu şəhərdə verib
İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində 627 nəfər ölüb, 4870 nəfər yaralanıb. SİA xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hüseyn Kermanpur sosial şəbəkə hesabında bildirib. Məlumata görə, ən çox ölüm və yaralı sayı paytaxt Tehranda və Kirmanşah şəhərində qeydə alınıb. Xatırladaq ki, İsrail 12 günlük münaqişədə 28 vətəndaşının öldüyünü, 1472 nəfərin isə yaralandığını açıqlamışdı.
Daha çoxBritaniya ABŞ-dan nüvə silahı daşıya bilən 12 ədəd F-35A qırıcısı alacaq
Böyük Britaniya ABŞ-dan nüvə silahı daşıya bilən ən azı 12 ədəd F-35A qırıcı-bombardmançı alacaq. SİA xarici mediaya istinadla xəbər verir ki, bu, 1990-cı ildən bəri Britaniyanın nüvə qabiliyyətinə ən böyük təkandır. F-35A qırıcıları Britaniyanın şərqindəki Norfolkdakı RAF Marham bazasında yerləşdiriləcək.
Daha çoxDinozavrları öldürən meteoritdən sağ qalan heyvanlar tapılıb…
…Yel Universitetinin amerikalı alimləri 66 milyon il əvvəl dinozavrları məhv edən meteoritin düşməsindən sağ qalan kərtənkələləri zərbənin episentri yaxınlığında tapıblar. Üstəlik, bu sürünənlər hələ də Şimali və Mərkəzi Amerikanın eyni bölgələrində yaşayırlar. SİA-nın məlumatına görə, tədqiqat Biology Letters (BioLetts) elmi jurnalında dərc olunub. Söhbət Xantusiidae ailəsinin kiçik gecə kərtənkələlərindən gedir. Mütəxəssislər molekulyar saat metodundan istifadə edərək müasir gecə kərtənkələlərinin sonuncu ortaq əcdadının təxminən 90 milyon il əvvəl meydana çıxdığını müəyyən ediblər. Onların iki təkamül xətti indi 180 kilometr enində Çicxulub kraterinin yerləşdiyi Yucatan yarımadasına təsirin episentri yaxınlığındakı fəlakətdən sağ çıxa…
Daha çoxRusiyalı kürəkənini öldürməyi “killer”ə həvalə edib…
Rusiyalı kürəkənini öldürməyi “killer”ə həvalə edib…
Daha çox