Bakıda və Abşeron yarımadasında iyunun 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.…
Daha çoxDay: June 26, 2025
İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olub
Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon söhbəti olub. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar ölkəmizin mövqeyini və regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını bir daha ifadə edib. Prezident İlham Əliyev son hadisələr zamanı İran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, Allahdan onlara rəhmət diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb. Dövlətimizin başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu…
Daha çoxQanunvericilik təşəbbüsləri üzrə təqdim olunmuş sənəd müzakirə olunub
25 iyun 2025-ci il tarixində İAQMBİ-də Qanunvericilik Təşəbbüsləri Qrupu tərəfindən hazırlanaraq Milli Koordinatora təqdim edilmiş qanunvericilik aktlarının təkmilləşdirilməsinə dair sənədin geniş müzakirəsi keçirilib. Müzakirələr zamanı qrup tərəfindən təqdim edilən təkliflər ətraflı şəkildə nəzərdən keçirilib. Sənəddə qanunvericiliyin müxtəlif sahələrində mövcud olan boşluqlar, hüquqi uyğunsuzluqlar və tətbiqdə müşahidə edilən çətinliklər qeyd olunub, onların aradan qaldırılması üçün konkret mexanizmlər və alternativ yanaşmalar irəli sürülüb. Hazırlanmış təkliflərin əksəriyyəti idarə əməkdaşları tərəfindən müsbət qarşılanıb. Bildirilib ki, sənəddə əks olunan məsələlər praktiki təcrübəyə və mövcud hüquqi reallıqlara əsaslandığı üçün onların tətbiq olunma imkanları yüksəkdir. Bununla yanaşı,…
Daha çox“Böyük Qayıdış” proqramı strateji əhəmiyyət daşıyır
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qayıdışı təmin edən “Böyük Qayıdış” proqramı təkcə sosial və humanitar layihə deyil, həm də milli təhlükəsizlik, demoqrafik balans və iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasi iradəsi və dövlətin bütün resurslarının səfərbər olunması nəticəsində azad edilmiş ərazilərdə qısa müddət ərzində mühüm infrastruktur layihələri həyata keçirilib: “Hazırda Zəngilan, Laçın, Füzuli və digər rayonlarda yeni yaşayış massivləri, məktəblər, xəstəxanalar, yollar və enerji infrastrukturu qurulur. Bu, təkcə binaların deyil, vətəndaşların həyatının, hüquqlarının və gələcəyinin…
Daha çox48 cinayətin açılması təmin edilib
İyunun 25-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 140, o cümlədən borclu şəxs qismində axtarışda olan 107 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər də…
Daha çoxBakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir. SİA xəbər verir ki, hərbi qulluqçular saat 10:00-dan başlayaraq 12:00-dək bəzi marşrutlar üzrə yürüş edəcəklər. Yürüşlərin keçirildiyi ünvanlar aşağıdakılardır: – Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi; – Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli; – Qəzənfər Musabəyov parkı –…
Daha çoxBRAVO yerli bazarda modern marketçilik ənənəsini gücləndirir
Şirkət BRAVO BREND məhsulları ilə “Doğru Seçim” ənənəsini davam etdirir. SİA xəbər verir ki, Azərbaycanın sürətlə inkişaf edən pərakəndə satış şəbəkələrindən biri olan BRAVO, öz daxili məhsul xətti BRAVO BREND ilə istehlakçılara yüksək keyfiyyətli və sərfəli məhsullar təqdim etmək istiqamətində fəaliyyətini uğurla davam etdirir. Şirkət müştəri məmnuniyyətini, keyfiyyətə olan kompromissiz yanaşmanı və əlçatan qiymət siyasətini fəaliyyətinin əsas prioritetləri kimi müəyyən edib. BRAVO BRAND məhsulları alıcılara gündəlik ehtiyaclarını qarşılayan, beynəlxalq standartlara uyğun və əlçatan qiymətlərlə təqdim olunan geniş çeşidli məhsullar təklif edir Məhsul çeşidləri qida məhsulları, təmizlik vasitələri və gündəlik istifadə…
Daha çoxGəncədə hərbi yürüş keçirilir
Gəncədə hərbi yürüş keçirilir. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar olaraq Gəncədə bu dəqiqələrdə hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların təntənəli yürüşü başlayıb. 26 iyun – Silahlı Qüvvələr Günündə qalib Azərbaycan Ordusunun hərbi qulluqçularının marş sədaları altında yürüşləri və hərbi orkestrlərin ifasında səsləndirilən hərbi vətənpərvərlik mahnıları şəhər sakinləri tərəfindən böyük maraq və alqışlarla qarşılanır. Şəhərin Nizami Gəncəvi prospektindən başlayan yürüş Heydər Əliyev prospekti və Cavadxan küçəsi ilə davam edib, Atatürk prospektində yekunlaşacaq.
Daha çox“Ordu və xalq birliyi Azərbaycanı qalib etdi”
“Şərqdə, müsəlman-türk aləmində ilk respublika — Azərbaycan Xalq Cümhuriyyəti — babalarımız tərəfindən 1918-ci ilin 28 mayında qurulmuşdur. Bir aydan sonra, iyunun 26-da Silahlı Qüvvələrin yaradılması günü kimi tarixə düşdü. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu yaradıldı”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Onun sözlərinə görə, bu ordu Gəncədən başlayaraq Bakıya qədər döyüş yolu keçdi. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncə idi, çünki Bakı erməni-bolşevik qüvvələrinin — Stepan Şaumyan və dəstələrinin — işğalı altında idi: “Ordumuza Məhəmməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov və Hüseynqulu…
Daha çoxXankəndi şəhərində Silahlı Qüvvələrin 107-ci ildönümü qeyd edilir
26 İyun – Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümü Xankəndi şəhərində qeyd edilir. SİA xəbər verir ki, Silahlı Qüvvələr günü münasibətilə Xankəndi Zəfər meydanından başlayan yürüş, şəhərin giriş qapısına qədər davam edəcək. Azərbaycan Ordusunun hərbi yürüşü qürurverici mənzərə yaradıb. Yürüş, hərbi orksetrin müşayiətilə davam etdirilir. Silahlı Qüvvələr günü Xankəndi şəhərində keçirilən tədbiri burada yaşayan sakinlər maraqla izləyirlər. Tədbiri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və idarəetmə xidmətinin, Xankəndi şəhərində fəaliyyət göstərən dövlət və özəl qurumların nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları izləyirlər.
Daha çox