“AzerGold” jurnalistlərə dağ-mədən sahəsi üzrə təlim təşkil edib

“AzerGold” QSC-nin təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlim və mediatur təşkil olunub. SİA xəbər verir ki, Səhmdar Cəmiyyətinin 2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyasına uyğun olaraq, Azərbaycan milli mətbuatının 150 illiyi ərəfəsində baş tutan tədbirdə televiziya, qəzet və onlayn mediada çalışan 30-dan çox jurnalist iştirak edib. Tədbirin ilk günü Gəncə şəhərində dövlət şirkətinin mütəxəssisləri tərəfindən geoloji kəşfiyyat, hasilat, emal, qiymətli metalın satışının təşkili, əməyin mühafizəsi, eləcə də ətraf mühit, kommunikasiya, korporativ sosial məsuliyyət mövzularında nəzəri təlimlər keçirilib. İnteraktiv formatda…

Daha çox

Azərbaycan Ordusu adını dünya hərb tarixinə qızıl hərflərlə yazıb

Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. SİA xəbər verir ki, müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordu mövcud deyildi. Bu, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.

Daha çox

Dövlətimizin xarici siyasəti milli maraqlarımıza tam cavab verir

“Cənab Prezidentin apardığı düşünülmüş milli maraqlarımıza cavab verən siyasətin həyata keçirilməsi Azərbaycanın daxili siyasətinin güclü olmasına böyük təkan verir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, iqtisadiyyatın hərtərəfli inkişafı və əhalinin sosial problemlərinin həlli dövlətin daim diqqətində olan əsas məsələlərdəndir: “Hər bir vətəndaş bu gün cənab Prezidentin apardığı siyasətdə bu istiqamətləri aydın şəkildə müşahidə edə bilir. Dövlətin diqqət yetirdiyi mühüm məsələlərdən biri də enerji sektorunun inkişafıdır. Enerji təhlükəsizliyi güclü olan ölkənin iqtisadiyyatı da güclü olur. Bu gün Azərbaycan özünü elektrik enerjisi ilə tam şəkildə təmin…

Daha çox

Müdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında olub

26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 107-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti və digər vəzifəli şəxsləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət edib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin rəhbər heyəti Ulu Öndərin abidəsi önünə əklil qoyub, xatirəsini dərin hörmətlə yad edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, üzərinə qızılgüllər düzülərək ehtiram nümayiş etdirilib. Daha sonra Zəfər parkında fəxri qarovulun iştirakı ilə Zəfər abidəsinin önünə əklil qoyulub.

Daha çox

Şair Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının və Mahmud Kaşğari adına Beynəlxalq Fondun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında tanınmış pedaqoq ziyalı, şair-dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin rəhbəri Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. SİA xəbər verir ki, kitabxanadan bildirilib ki, tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Vaqif Aslanın yaradıcılığı haqqında geniş məlumat verib. İ.Həbibbəyli şairi Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Şurasının qərarı ilə “Ədəbiyyat İnstitutunun fəxri dostu” Fəxri diplomu ilə təltif edib. Türkiyənin Azərbaycandakı səfiri…

Daha çox

Pərviz Şahbazov ŞƏT-in tədbirində iştirak edib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Çinin Ninqbo şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) energetika nazirlərinin iclasının açılış mərasimində və Enerji Forumunda iştirak edib. SİA xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsindəki hesabında yazıb. O bildirib ki, Azərbaycanın təşkilatla əməkdaşlığının inkişafında Çin və Mərkəzi Asiya ölkələri ilə həyata keçirilən “yaşıl enerji” layihələrinin, xüsusilə Yaşıl İpək Yolu təşəbbüsü və ŞƏT-in enerji gündəliyini dəstəkləyən “Transxəzər Yaşıl Enerji Dəhlizi”nin strateji əhəmiyyətini diqqətə çatdırıb.

Daha çox

Xameneyi xalqa müraciət edəcək

İranın Ali Lideri Əli Xameneyi İsraillə münaqişənin və ABŞ-nin İranın nüvə obyektlərini bombalamasının başa çatmasından sonra ilk bəyanatını verməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə Xameneyin “X” sosial şəbəkəsindəki səhifəsində deyilir. “İmam Xameneyinin mühüm televiziya ilə müraciəti bir neçə dəqiqə ərzində yayımlanacaq”, – paylaşımda qeyd olunub.

Daha çox

“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”

Dialoq tərəfdaşı olan Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov Çinin Ninqbo şəhərində keçirilən ŞƏT-in energetika nazirlərinin iclasının açılış mərasimində və “Sənaye innovasiyası dayanıqlı enerji inkişafının hərəkətverici qüvvəsidir” adlı forumunda çıxışı zamanı bildirib. O bildirib ki, Prezident İlham Əliyevin son illərdə təşkilatın Zirvə toplantılarında fəal iştirakı və bu platforma çərçivəsində Çinlə strateji tərəfdaşlıq Bəyannaməsinin imzalanması bu əməkdaşlığın əhəmiyyətini nümayiş etdirir. Bu ilin aprelində Pekində imzalanmış hərtərəfli strateji tərəfdaşlığın qurulmasına dair Bəyanatın isə Azərbaycan-Çin münasibətlərində yeni…

Daha çox

Azərbaycan Çin şirkəti ilə anlaşma memorandumu imzalayıb

Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Çinin “China Datang Overseas Investment Co. Ltd” arasında yaşıl enerji dəhlizinin inkişafı üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, Memorandum Azərbaycanın bərpa olunan enerji mənbələri hesabına yaradılan elektrik enerjisi istehsalı güclərinin elektrik şəbəkəsinə təhlükəsiz qoşulmasını təmin etmək və bu enerjinin etibarlı və sabit şəkildə ötürülməsini həyata keçirmək məqsədilə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, “China Datang Overseas Investment Co. Ltd” ilə şirkətin texniki imkanlarının və elektrik şəbəkəsinin inkişafı üzrə sistem tədqiqatlarının tətbiqi, eləcə də HVDC…

Daha çox

Azərbaycan nümayəndə heyəti Çin Media Qrupunda və Çin Kommunikasiya Universitetində olub

Çin Xalq Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti iyunun 26-da Çin Media Qrupunda və Çin Kommunikasiya Universitetində olub. SİA xəbər verir ki, Çin Media Qrupunda keçirilən görüş zamanı informasiya siyasəti, rəqəmsal transformasiya, çoxdilli yayım imkanları və müasir texnoloji yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər media sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, məzmun mübadiləsinin genişləndirilməsi və texnoloji innovasiyaların öyrənilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Nümayəndə heyətinin Çin Kommunikasiya Universitetinin rəhbərliyi ilə görüşündə isə media təhsili sahəsində əməkdaşlığın perspektivləri, peşəkar kadr hazırlığı, təcrübə imkanlarının genişləndirilməsi və birgə akademik təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə edilib.…

Daha çox