BRAVO yerli bazarda modern marketçilik ənənəsini gücləndirir

Şirkət BRAVO BREND məhsulları ilə “Doğru Seçim” ənənəsini davam etdirir. SİA xəbər verir ki, Azərbaycanın sürətlə inkişaf edən pərakəndə satış şəbəkələrindən biri olan BRAVO, öz daxili məhsul xətti BRAVO BREND ilə istehlakçılara yüksək keyfiyyətli və sərfəli məhsullar təqdim etmək istiqamətində fəaliyyətini uğurla davam etdirir. Şirkət müştəri məmnuniyyətini, keyfiyyətə olan kompromissiz yanaşmanı və əlçatan qiymət siyasətini fəaliyyətinin əsas prioritetləri kimi müəyyən edib. BRAVO BRAND məhsulları alıcılara gündəlik ehtiyaclarını qarşılayan, beynəlxalq standartlara uyğun və əlçatan qiymətlərlə təqdim olunan geniş çeşidli məhsullar təklif edir Məhsul çeşidləri qida məhsulları, təmizlik vasitələri və gündəlik istifadə…

Daha çox

Gəncədə hərbi yürüş keçirilir

Gəncədə hərbi yürüş keçirilir. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar olaraq Gəncədə bu dəqiqələrdə hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların təntənəli yürüşü başlayıb. 26 iyun – Silahlı Qüvvələr Günündə qalib Azərbaycan Ordusunun hərbi qulluqçularının marş sədaları altında yürüşləri və hərbi orkestrlərin ifasında səsləndirilən hərbi vətənpərvərlik mahnıları şəhər sakinləri tərəfindən böyük maraq və alqışlarla qarşılanır. Şəhərin Nizami Gəncəvi prospektindən başlayan yürüş Heydər Əliyev prospekti və Cavadxan küçəsi ilə davam edib, Atatürk prospektində yekunlaşacaq.

Daha çox

“Ordu və xalq birliyi Azərbaycanı qalib etdi”

“Şərqdə, müsəlman-türk aləmində ilk respublika — Azərbaycan Xalq Cümhuriyyəti — babalarımız tərəfindən 1918-ci ilin 28 mayında qurulmuşdur. Bir aydan sonra, iyunun 26-da Silahlı Qüvvələrin yaradılması günü kimi tarixə düşdü. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu yaradıldı”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Onun sözlərinə görə, bu ordu Gəncədən başlayaraq Bakıya qədər döyüş yolu keçdi. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncə idi, çünki Bakı erməni-bolşevik qüvvələrinin — Stepan Şaumyan və dəstələrinin — işğalı altında idi: “Ordumuza Məhəmməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov və Hüseynqulu…

Daha çox

Xankəndi şəhərində Silahlı Qüvvələrin 107-ci ildönümü qeyd edilir

26 İyun – Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümü Xankəndi şəhərində qeyd edilir. SİA xəbər verir ki, Silahlı Qüvvələr günü münasibətilə Xankəndi Zəfər meydanından başlayan yürüş, şəhərin giriş qapısına qədər davam edəcək. Azərbaycan Ordusunun hərbi yürüşü qürurverici mənzərə yaradıb. Yürüş, hərbi orksetrin müşayiətilə davam etdirilir. Silahlı Qüvvələr günü Xankəndi şəhərində keçirilən tədbiri burada yaşayan sakinlər maraqla izləyirlər. Tədbiri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və idarəetmə xidmətinin, Xankəndi şəhərində fəaliyyət göstərən dövlət və özəl qurumların nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları izləyirlər.

Daha çox

Çində daşqın nəticəsində altı nəfər həlak olub

Çinin cənub-qərbindəki Quyçjou əyalətində güclü daşqınlar nəticəsində altı nəfər həlak olub. SİA “Xinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə daşqınlarla mübarizə qərargahı məlumat yayıb. Bu, son 50 ildə əyalətdə baş verən ən güclü daşqındır, bir neçə çayda suyun səviyyəsi kəskin şəkildə yüksəlib. Bir çox ərazilər su altında qalıb, bir neçə kənd və qəsəbədə infrastruktura böyük ziyan dəyib, nəticədə nəqliyyatın hərəkəti çətinləşib, rabitə pozulub.

Daha çox

İyunun sosial yardımları bu gün ödənilib

Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarını bu gün ödəyib. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qeyd olunub ki, iyunun 5-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, iyunun 21-də isə digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyun ayının pensiya ödənişləri həyata keçirilib.

Daha çox

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,37 ABŞ dolları, yaxud 0,51 % artaraq 72,49 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 69,23 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,37 ABŞ dolları və ya 0,52 % artaraq 71,17 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox

Zakir Həsənov ali hərbi rütbə verilən hərbçilərlə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqçuları ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə nazirliyin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Prezidentinin 25 iyun 2025-ci il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunub. Hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edən nazir onlara Ali Baş Komandanın təbriklərini çatdırıb, gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib. Təltif olunan zabitlər göstərilən etimada görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və…

Daha çox

Qəzzada təxminən 80 nəfər həlak olub

İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında apardığı əməliyyatlar nəticəsində son sutka ərzində təxminən 80 nəfər həlak olub. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. Son 24 saat ərzində bütün zolaq boyu hücumlar nəticəsində təxminən 400 nəfər yaralanıb. Bundan əlavə, israilli mühacirlərin İordan çayının Qərb sahilindəki Ramallah şəhərinin şimal-şərqində yerləşən Kəfr-Malik kəndinə hücumu zamanı üç nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabrından bəri həlak olanların ümumi sayı 56 mini keçib, 132 mindən çox insan xəsarət…

Daha çox

Narkotiklə Beynəlxalq Mübarizə Günüdür

İyunun 26-sı Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. SİA xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1987-ci ildə iyunun 26-sını dünya miqyasında narkotik vasitələrin sui-istifadəsi və onların qanunsuz dövriyyəsinə qarşı mübarizənin rəmzi günü kimi elan edib. Bu günün əhəmiyyəti ilk növbədə ictimai diqqəti narkotik probleminin miqyasına, bu bəlanın insan sağlamlığına, ailələrə və cəmiyyətə vurduğu fəsadlara yönəltməkdən ibarətdir. Eyni zamanda, bu gün beynəlxalq əməkdaşlığın gücləndirilməsi, dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da cəlb olunduğu genişmiqyaslı maarifləndirmə və profilaktik tədbirlərin keçirilməsi üçün mühüm…

Daha çox