Qərb Rusiyaya qarşı müharibəyə başlamaq istəyini etiraf edib?..


…Avropa İttifaqının hakimiyyət orqanları Rusiyaya müharibə elan etmək istəyir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Aris, France” partiyasının rəhbəri Nikola Düpon-Enyan X sosial şəbəkəsindəki səhifəsində açıqlama verib.

…Avropa İttifaqı Amerika silahlarını almaq və Rusiyaya müharibə elan etmək üçün 650 milyard avro xərcləmək istəyir.

Bunu fransız siyasətçi yazıb.

Bundan əvvəl Düpon-Enyan Parisi Ukraynaya hərbi yardımı dayandırmağa və Fransa iqtisadiyyatındakı problemlərlə əlaqədar daxili məsələlərə keçməyə çağırıb.

Əli Babayev

Əlaqəli Xəbərlər