ABŞ tarixindəki ən böyük “Patriot” salvo atıb…


…Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bildirib ki, Qətərdəki Əl-Udeid aviabazasını İranın hücumundan qorumaq üçün ABŞ ordusunun tarixində ən böyük “Patriot” hava hücumundan müdafiə raketi atılıb.

SİA-nın məlumatına görə, bu barədə TWZ nəşri yazır.

…Biz inanırıq ki, bu, ABŞ hərbi tarixində “Patriot”un ən böyük döyüş istifadəsidir.

Bunu amerikalı zabit deyib.

Keyn İranın hücumuna cavab olaraq dəqiq neçə raket atıldığını açıqlamayıb.

General qeyd edib ki, İranın zərbəsi zamanı Əl-Udeiddə iki “Patriot” batareyası olub və bazanın müdafiəsinə 44 hərbçi cavabdeh olub.

Onun sözlərinə görə, “Patriot” operatorlarına raketləri ələ keçirib-yaxmamaq barədə qərar vermək üçün təxminən iki dəqiqə vaxtları olub.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Alyansının Haaqa sammitinin yekunlarına dair mətbuat konfransında çıxış edərək bildirmişdi ki, Ukrayna hər hansı digər silahdan daha çox Amerikanın “Patriot” zenit-raket komplekslərini almaq istəyir.

Əli Babayev

Əlaqəli Xəbərlər