Türkiyənin beş bölgəsində- Tekirdağ, Sakarya, İzmir, Antalya və Kahramanmaraşda meşə yanğınları baş verib. SİA xəbər verir ki, hazırda hava və quru vasitələri ilə yanğınlarla mübarizə davam edir.
Bu bölgələrə ümumilikdə 6 yanğınsöndürmə təyyarəsi, 10-dan artıq helikopter və çox sayda xüsusi texnika cəlb edilib.
Qeyd edək ki, İzmirdə baş verən meşə yanğını ilə mübarizə artıq bir neçə gündür davam edir.